Quterreşdən Şimali Koreyanın raket atışlarına MÜNASİBƏT

Quterreşdən Şimali Koreyanın raket atışlarına MÜNASİBƏT
 

BMT-nin baş katibi Antoniu Quterreş Şimali Koreyanın son raket buraxılışlarını pisləyib və Pxenyanı Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı danışıqlara qayıtmağa çağırıb.

"Paralel.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Bu, baş katibin qınadığı açıq eskalasiyadır", - Düjarrik deyib.

Bu arada ABŞ BMT Təhlükəsizlik Şurasının oktyabrın 5-də Şimali Koreya ilə bağlı xüsusi iclasının keçirilməsini xahiş edib.

Qeyd edək ki, bu ilin əvvəlindən Şimali Koreya 23 dəfə raket sınağı həyata keçirib.

0.012407064437866