Messi "Barselona"ya qayıdacaq

Messi
 

Argentina millisinin futbolçusu Lionel Messi 2023-cü ilin yayında Fransanın PSJ klubunu İspaniya "Barselona"sına dəyişəcək.

"Paralel.az" xəbər verir ki, bu barədə argentinalı jurnalist Veronika Brunati sosial şəbəkə hesabında paylaşım edib.

O, 35 yaşlı forvardın gələn il iyulun 1-dən Kataloniya təmsilçisinin üzvü olacağını yazıb.

Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin yayında məhz "Barselona"dan keçib. Onun Paris təmsilçisi ilə 2023-cü ilin iyununadək müqaviləsi var.

0.013128995895386