Mörfidən XƏBƏRDARLIQ: "Putinin ən böyük arzusu budur, diqqətli olmalıyıq"

Mörfidən XƏBƏRDARLIQ:
 

"Şimali Atlantika Alyansı (NATO) hər hansı fikir ayrılığına baxmayaraq, birliyi qoruyub saxlamalıdır, xüsusən də Rusiya Federasiyasının hərəkətlərinə kollektiv reaksiyanı zəiflədən Macarıstan tərəfi. Çünki Putin alyans daxilində nifaq salmaqda maraqlıdır".

"Paralel.az" xəbər verir ki, bunu Varşava Təhlükəsizlik Forumu zamanı ABŞ Senatındakı Ukrayna Qrupunun sədr müavini, amerikalı senator Kris Mörfi deyib.

Putinin təcavüzünə cavab olaraq alyansın birliyinə xələl gətirən Viktor Orbanın Macarıstan hökumətinin mövqeyini şərh etmək istəyən amerikalı deputat “Biz böyük və çoxşaxəli ittifaqıq və prioritetlərimizlə bağlı daim daxili ciddi müzakirələr aparacağıq” deyib.

Mörfi bəyan edib ki, Bayden administrasiyası Şimali Atlantika ittifaqı daxilində yaranan fikir ayrılıqları barədə ictimaiyyətə danışmaqdan çəkinir. Lakin onun sözlərinə görə, bu o demək deyil ki, Vaşinqton ortaq dəyərlərdən və ya NATO-nun strateji istiqamətindən uzaqlaşan ölkələrlə, xüsusən də Macarıstanla birbaşa əlaqə saxlamır .

Mörfi əlavə edib ki, Amerika administrasiyası indi müttəfiqləri ilə razılaşdırılmış mövqe tutmağa çalışır, çünki alyansın qərarları kollektiv olmalıdır.

"Putinin bu ittifaqın parçalanmasından daha çox istədiyi heç nə yoxdur. Məhz buna görə, alyans öz daxili məsələlərinə diqqət yetirməli və kimin qaydalarla oynayıb, kimin oynamadığını təsbit etməlidir", - amerikalı senator əlavə edib.

0.010648012161255