YAP-ı bağlamağın zamanı deyilmi? - Səxavət Əlisoy

YAP-ı bağlamağın zamanı deyilmi? - Səxavət Əlisoy
 

Əslində YAP özünü buraxmalı, siyasi səhnədən çəkilməlidir.
Nə üçün?


1. Bir sıra üst düzəy yetkiləlir YAP-ın qurucusu Heydər Əliyevə xəyanət etdilər. 2005-ci ildə baş verənləri xatırlayın.
2. Saysız-hesabsız YAP yetkilisi ağır cinayətlərdə ittiham olunub həbsə göndərildi.
3. Son 30 ildə dövləti talan etdikləri üçün cinayətə cəlb olunan yüksək vəzifə sahiblərinin demək olar ki, hamısı YAP üzvləri.
Onların oğurladıqları bəlkə də Azərbaycanın dövlət büdcəsinin 5 qatı.
4. Bu bgün DTX dövlətin icra qurumlarının hamısında eyni vaxtda əməliyyat gerçəkləşdirsə, rəhbərlərinin yüzdə 99-unun qolu qandallanacaq.
Ki, onların da hər birinin cibində YAP-ın üzv bileti var...
YAP üzvlərinin bu cinayət hərəkətləri ilk növbədə YAP Sədri və ölkə Prezidenti İlham Əliyevin nüfuzuna xələl gətirir.
Bəlkə də müharibədən əvvəl YAP-ın varlığı İlham Əliyevin işinə yarayırdı.
Ancaq 44 günlük müharibədən, böyük Zəfərdən sonra fikrimcə, Prezidentin Sədri olduğu bu partiyaya əsla ehtiyacı yoxdur.
MSK tam tərkibdə müxalifətdən ibarət olsa belə ZƏFƏR İlham Əliyevin yenidən prezident kürsüsündə qalmasına təminat verəcək.
Dövləti harın İH başçıları, nazir və komitə sədrləri talan edir.
Və o talançıların hamısı YAP üzvü.
Başqa sözlə dövlətə də, prezidentə də xəyanət edənlər YAP üzvləri.
Prezident bəlkə də 10 dəfə xalqın gözünün qarşısında yüksək görəv sahiblərini xalqa təmənnasız xidmət etməyə, rüşvətdən uzaq dayanmağa çağırıb.
Nəticə? DTX-nın xüsusi əməliyyat keçirib həbsə atdığı İH başçısının yerinə təyin olunan eynən sələfi kimi rüşvət almaqda, dövləti talan etməkdə...
YAP-ın xalqın qarşısına çıxmağa üzü varmı?
Prezidentin tarixə yazdığı o ZƏFƏRdən savayı YAP-ın xalqa nə sözü ola bilər?
Bu partiya zatən, xalqın gözündə yox.
Günü 8-10 manatın ümidinə qalan 1 milyon pensiyaçı vətəndaş bir tərəfdə, 10-100 milyonluq avtomobil parkına, villalara, obyektlərə sahib olan YAP üzvləri də digər tərəfdə.
YAP yetkililəri necə izahat verəcək bu duruma?
Uşaq pulunu rəva bilməyənlər İH başçılarının, nazirlərin uşaqlarının fironlar kimi yaşamasının səbəbini necə anladacaq?
Prezident İlham Əliyev TV ekranından dəfələrlə rüşvətxorlar, talançılar, fironlar haqqında sərt ifadələr işlədib.
Dərd orasındadır ki, o zatların hamısı YAP üzvləri...

0.072365999221802