"Qəbələ" klubu mübarizəni dayandırdı

 

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.

Paralel.az xəbər verir ki, I mərhələnin cavab oyununda evdə Xorvatiyanın "Hayduk" klubuna 1:2 hesabı ilə uduzan "qırmızı-qaralar" turnirlə vidalaşıb.

Azərbaycan təmsilçisindən yeganə qolu 52-ci dəqiqədə Şahin Şahniyarov vurub.

Qeyd edək ki, Zaur Hacıyevin baş məşqçi olduğu kollektiv səfərdəki ilk qarşılaşmada da rəqibi ilə bacarmamışdı - 0:3.

0.010238885879517