Diasporumuz Helsinkidə məlumatlandırıcı aksiya təşkil edib - FOTOLAR

Diasporumuz Helsinkidə məlumatlandırıcı aksiya təşkil edib - FOTOLAR
 

Finlandiyanın paytaxtı Helsinkidə təcavüzkar Ermənistanın ölkəmizin sərhədində törətdiyi son təxribatlarla əlaqədar məlumatlandırıcı aksiya keçirilib.

Helsinki mərkəzi vağzalının (rautatieasema) və Tuomiokirkko kilsəsinin önündə baş tutan aksiyalar Helsinki Azərbaycan Evinin rəhbəri, “Azər-Türk” Gənclər Təşkilatının sədri və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiyadakı əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə gerçəkləşdirilib. 

Azərbaycan bayraqlarını dalğalandıran aksiya iştirakçıları “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistanın təcavüzünə son qoyulsun!”, “Ermənistan, vasitəçiliyi qəbul et və sərhədləri tanı!”, “Ermənistan, regiondakı kommunikasiyaları bərpa et!” və digər şüarların yazıldığı plakatları nümayiş etdiriblər. 

Aksiya ilə maraqlanan paytaxt sakinlərinə Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribatlar barədə məlumat verilib.

0.011859178543091