ABŞ-da təbii fəlakət qurbanlarının sayı 90-a çatır - FOTO

ABŞ-da təbii fəlakət qurbanlarının sayı 90-a çatır - FOTO
 

ABŞ-da “İan” qasırğası nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb.

Məlumata görə, axtarış-xilasetmə əməliyyatları davam edir, buna görə qurbanların arta biləcəyi istisna olunmur.

Bundan əvvəl təbii fəlakət nəticəsində 77 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, sentyabrın 27-də başlayan “İan” qasırğası Floridada çoxsaylı dağıntılara səbəb olub, telekommunikasiya şəbəkələri sıradan çıxıb, hava limanları bağlanıb.

Dördüncü kateqoriyaya aid edilən və sürəti 250 km/saata çatan “İan” posttropik siklona çevrildiyindən təhlükənin hələ bitmədiyi qeyd olunur.

0.010767936706543