Qaşıqçının həyat yoldaşından Türkiyəyə çağırış: Qətl sübutlarını verin

Qaşıqçının həyat yoldaşından Türkiyəyə çağırış: Qətl sübutlarını verin
 

2018-ci ildə İstanbulda “Washington Post” qəzetinin köşə yazarı və dissident səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı Türkiyədə iş bağlansa da, müzakirələr davam edir.

Paralel.az Bizimyol.info-ya istinadən xəbər verir ki, 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda Qaşıqçının öldürülməsi Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında böhrana səbəb olub. Qaşıqçı işinin Səudiyyə Ərəbistanına təhvil verilməsi qətldən 3,5 il sonra müzakirələrə səbəb olarkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ər-Riyada gedərək, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb.

Müxalifət səudiyyəli jurnalistin həyat yoldaşı Henan Qaşıqçı Britaniyanın “Guardian” qəzetində dərc olunan məqaləsində Türkiyədən qətllə bağlı sübutları verməsini istəyib. Həyat yoldaşı üçün ədalət mübarizəsini davam etdirdiyini bildirən qadın, qətli sübut edən cib telefonları, kompüter və planşetlərin Türkiyə dövlətinin əlində olduğunu və onları istədiklərini yazıb.

Ölümündən əvvəl həyat yoldaşı ilə danışıqlarının davamlı olaraq izlənildiyini qeyd edən Henan Qaşıqçı Türkiyədə iş davam edərkən həyat yoldaşının cihazlarında olan dəlillərin açıqlanmasını gözlədiyini, lakin bunun baş vermədiyini və heç bir izahat verilmədən işin bağlandığını bildirib.

Həyat yoldaşına məxsus cihazları Türkiyənin Vaşinqtondakı səfiri Hasan Murat Mercan vasitəsilə Türkiyədən tələb etdiklərini və birbaşa prezident Ərdoğana da müraciət etdiklərini qeyd edən Qaşıqçı cavab ala bilmədiklərini bildirib.

Bununla bağlı ABŞ kəşfiyyatından kömək istədiyini yazan Henan Qaşıqçı bu işdən vaz keçən Türkiyənin ərinə məxsus cihazları təhvil verməli olduğunu bildirib.

0.012459993362427