Pensiya kartını istəyən qardaşını ürəyindən bıçaqladı - Bakıdakı qətlin fəfərrüat 

Pensiya kartını istəyən qardaşını ürəyindən bıçaqladı - Bakıdakı qətlin fəfərrüat 
 

Paytaxtda qardaşını qətlə yetirməkdə təqsirli bilinən Faiq Xəlilovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Paralel.az" xəbər verir ki, Sabunçu rayonu İlyas Aslanov küçəsində yaşayan 32 yaşlı Xəlilov Məlik Ağarəhim oğlu ilə qardaşı, 22 yaşlı Faiq arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb.

Mübahisə zamanı Faiq Xəlilov özündən 10 yaş böyük qardaşını qətlə yetirib. Məlik Xəlilov, ürəyindən bıçaq xəsarəti alıb və ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Faiq Xəlilov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 

İş üzrə dindirilmiş Faiq Xəlilov ifadəsində anası, iki qardaşı və iki bacısı ilə birgə yaşadığını bildirib. O, Psixatriya Dispanserində qeydiyyatda olduğu üçün 50 manat təqaüd alıb. Qardaşı Məlik spirtli içki aludəçisi olub və bu səbəbdən evdə həmişə dava salıb. Ailə üzvlərinə normal həyat yaşamağa imkan verməyib. 

Yanvarın 18-də Məlik səhər tezdən yuxudan duran kimi içməyə başlayıb. Saat 16:00 radələrində Faiq işdən evə gələndə Məlik ondan təqaüd kartını istəyib. Kartını verməkdə imtina edən Faiqin ünvanına Məlik söyüşlər söyüb. Digər qardaşı Fərman sonuncunu sakitləşdirməyə çalışsada xeyri olmayıb. Mübahisə zamanı Faiq evdən bıçağı götürərək çölə qaçıb. Arxasında qaçan Məlik evdən 25 metr aralıda ona çatıb və əlindəki küt aləti üstünə atıb. Faiq sağ əlində tutduğu bıçaqla qardaşının sol böyrünə və ürəyinin aşağı hissəsinə 6 zərbə vurub. Məlikin yerə yıxıldığını görüb oradan uzaqlaşıb. Daha sonra isə polis bölməsinə gələrək təslim olub. 
Əməlindən peşman olan Faiq Xəlilov qeydə edib ki, qardaşını öldürmək niyyəti olmayıb. Yalnız qorxutmaq və yaralamaq məqsədi ilə onu bıçaqlayıb. 

Şahid qismində dindirilən Fərman Xəlilov küçədə səs eşidib çölə çıxarkən evdən biraz aralıda qardaşı Məlikin yaralı vəziyyətdə yerdə uzandığını Faiqin isə qaçdığını görüb. Dərhal Təcili Tibbi Yardıma zəng edib. Bir neçə saatdan sonra xəstəxanada həkim qardaşının öldüyünü bildirib.

Məhkəmə prosesi zamanı Faiq Xəlilov ittiham üzrə özünü qismən təqsirli bilib.

Sonda məhkəmənin hökmü ilə Faiq Xəlilov qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum olunub.

0.012961864471436