Neft bahalaşır

Neft bahalaşır
 

Neft qiymətləri bazar ertəsi 3%-dən çox artıb.

"Paralel.az" xəbər verir ki, buna səbəb OPEC+ təşkilatının bazarı dəstəkləmək məqsədilə pandemiyadan bəri ən böyük azalmaya gedəcəyi, hasilatı gündəlik 1 milyon bareldən çox azaldacağı ilə bağlı fikirlər olub.

Belə ki, "Brent" markalı neft fyuçersləri cümə günü 0,6% ucuzlaşdıqdan sonra 2,51 dollar və ya 3% bahalaşaraq bir barel üçün 87,65 dollar olub. ABŞ-ın Qərbi Texas nefti (WTI) də əvvəlki sessiyada 2,1% ucuzlaşdıqdan sonra 3% və ya 2,39 dollar bahalaşaraq 1 barel üçün 81,88 dollara yüksəlib.

Qeyd edək ki, neft qiymətləri iyun ayından bəri ardıcıl dörd ay ucuzlaşma nümayiş etdirib. Buna səbəb isə əsas enerji istehlakçısı Çində COVID-19 ilə bağlı məhdudiyyətlərin tələbə zərər vurması olub. Eyni zamanda artan faiz dərəcələri və bahalaşan ABŞ dolları qlobal maliyyə bazarlarına təsir etməkdədir.

Könül
Paralel.az

0.012554168701172