Metropoliten: Qatarların hərəkəti gecikə bilər

Metropoliten: Qatarların hərəkəti gecikə bilər
 

Bənövşəyi xətt üzrə qatarların hərəkəti müvəqqəti məkik prinsiplə təşkil edilir.

Bu barədə "Paralel.az"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu, gələcəkdə istismara hazırlanan "Avtovağzal-Xocəsən" sahəsində işarəvermə sistemlərinin sınaq-tənzimləmə işləri ilə əlaqədardır:
"Sınaq işlərinin yekunu və digər məsələlərlə bağlı əlavə məlumat veriləcək", - B.Məmmədov bildirib.

0.0097157955169678