Tərlan Əhmədov: "Komandanın üzərində təzyiq böyükdür"

Tərlan Əhmədov:
 

"Rahat qalib gələ bilərdik. Amma görünən odur ki, komanda üzərində təzyiq böyükdür".

"Paralel.az" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov səfərdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis 6 məğlubiyyətdən sonra komandanı toparlamağın çətin olduğunu bildirib: "Amma klub rəhbərliyi ilə birlikdə bunun öhdəsindən gəlməyə çalışırıq. Bu gün maraqlı oyun gördük. Belə qarşılaşma gözləyirdim. Autsayderlərin mübarizəsində təzyiqə baxmayaraq, komandam yaxşı oyun sərgilədi".

0.011218070983887