Mançester derbisində 9 qol: “Şəhərlilər” “şeytan”a göz açmağa imkan vermədi – VİDEO

Mançester derbisində 9 qol: “Şəhərlilər” “şeytan”a göz açmağa imkan vermədi – VİDEO
 

İngiltərə Premyer Liqasının IX turu Mançester derbisi ilə əlamətdar olub.

Turun mərkəzi görüşündə “Mançester Siti” “Mançester Yunayted”i qəbul edib.

“Ettihad” stadionunda baş tutan, gərgin və maraqlı keçən derbidə qapılara 9 qol vurub.

“Mançester Siti” “qırmızı şeytanlar”ı meydana çıxmağa peşman edib - 6:3.

İngiltərə Premyer Liqası
IX tur
2 oktyabr

“Mançester Siti” – “Mançester Yunayted” – 6:3
Qollar: Foden, 8, 44, 73, Haaland, 34, 37, 64 - Antoni, 56, Marsial, 84, 90+1 (pen.)

“Şəhərlilər” bu qələbə ilə xallarını 20-ə çatdırıb və 2-ci pillədəki mövqeyini möhkəmləndirib, “Mançester Yunayted” 12 xalla 6-cıdır.

Siyahıya 21 xalla “Arsenal” başçılıq edir. “Tottenhem” 17 xalla 3-cüdür.

 

0.016463041305542