Essyen Azərbaycan klubunu erməni təmsilçisi kimi təqdim edənlərə cavab verdi – FOTO

Essyen Azərbaycan klubunu erməni təmsilçisi kimi təqdim edənlərə cavab verdi – FOTO
 

Bugünlərdə “Transfermarkt” portalı Azərbaycanın “Səbail” klubunu Ermənistan təmsilçisi kimi təqdim edib.

"Paralel.az" xəbər verir ki, resurs komandamızın adı qarşısında Ermənistan bayrağının təsvirini yerləşdirib.

Buna cavab olaraq məşhur futbolçu Maykl Essyen məlumatın yalnış olduğunu bildirib.

“Nümayiş olunan bayraq səhvdir. Zəhmət olmasa düzəldin. Mənim son klubum “Səbail” Azərbaycandandır”, - deyə o, yazıb.

0.0120530128479