"Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyaları davam edir

 

 

"Paralel.az" xəbər verir ki, növbəti həftə (03-06.10.2022 tarixləri) daha 4 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Aksiya həftənin:

1-ci günü saat 11:00-dan 12:00-dək Tərtər rayonunda (Mədəniyyət Mərkəzinin qarşısı ),

2-ci günü saat 14:00-dan 15:00-dək Bərdə rayonunda (Heydər Əliyev Parkı),

3-cü günü saat 11:00-dan 12:00-dək Yevlax rayonunda (Heydər Əliyev Parkı),

4-cü günü saat 11:00-dan 12:00-dək Ağdam rayonunda (Mədəniyyət Mərkəzinin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

0.014703989028931