3 ölkə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

3 ölkə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
 

ABŞ, Kanada və Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

"Paralel.az" "APA"-ya istinadən xəbər verir ki, ABŞ Rusiyanın Federasiya Şurasına sanksiya tətbiq edib. Dumanın 109 deputatı və Şuranın 169 üzvü qara siyahıya salınıb.

Sanksiya siyahısına Baş nazir, müdafiə naziri və Təhlükəsizlik Şurası sədrinin ailələri salınıb. Yeni siyahıda Rusiya Mərkəzi Bankının sədri Elvira Naibullinanın da adı yer alır.

Elvira Naibullinanın adı Böyük Britaniyanın da sanksiya siyahısında yer alır. London həmçinin Rusiya şirkətlərinin mühəndislik, arxitektura və hüquq xidmətlərinə girişini məhdudlaşdırıb.

Kanadanın sanksiya siyahısına isə hüquqi və fiziki şəxslərin adları salınıb.

0.010870933532715