"Açıq mikrofon"da bu dəfə Siyəzəndən olan sahibkarlar müraciətlərini səsləndirdi

 


"Ölkədə sahibkarlığın inkişafı üçün SOCAR "Azəriqaz" İstehsalat Birliyi üzərinə düşən vəzifələrin layiqincə öhdəsindən gəlməyə çalışır. Sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həlli və müraciətlərin qeydə alınması məqsədilə artıq 41-ci dəfədir ki, "Açıq mikrofon" sizlərin ixtiyarına verilir."

Bu sözləri qurumun baş direktorunun satış üzrə müavini Rəşad Cavadov Siyəzən rayonunda qurulan "Səyyar qəbul otağı"ında bildirib.

Aksiyada çıxış edən KOBİA nümayəndəsi Nicat Əlizadə hər zaman olduğu kimi sahibkarları dinləməyə və gələcəkdə hər hansı bir problemlə üzləşməmələri üçün məsləhətlər verməyə hazır olduqlarını qeyd edib.

"Paralel.az" xəbər verir ki, "Açıq mikrofon" aksiyasında ümumilikdə 16 müraciət səslənib ki, bunlar arasında sadə vətəndaşların da istəkləri yer alıb.

Sahibkarlar obyektlərində qazdan istifadəyə görə icazənin verilməsi, debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsi kimi müraciətlər ünvanlayıblar.

Beşdam kəndinin sakini Eltun Şıxəliyev adıçəkilən kəndin qazlaşdırılmasını xahiş edib. Vüqar Hacıyevlə, Vüqar Quliyev isə fərdi yaşayış evinin həyətyanı sahəsindən keçən qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Aksiyada səsləndirilən təklif və bəzi problemlərin yerindəcə baxılmasına qərar verilib.

0.016801118850708