Qədim türklər "papağ"a niyə "börk" deyiblər?
Həsən Əliyev:
"Qədim türk mifologiyasında qurd türklərdə qüdrət və güclülüyün timsalıdır.Ulu Sibir şamanizmində “qurd dərisi” geyinmiş şamanlar od ətrafında dini ayinləri icra edirdilər.Tayfa başçıları qurdun başının qurudulmuş cildini başlarına taxırdılar.Bayraqlarında “qurd başı”nı boya ilə təsvir edirdilər.
Qədim türklər qurda “böri” deyirdilər.Onlar qurd inanclarını “kök böri” yəni “göy qurd” adlandırırdılar.Tanrının göydə olduğunu təsəvvür etdiklərinə görə inancın da adına “kök-göy” demişdilər.Eyni zamanda qurdun “boz” rəngində olmasına görə “bör” sözü rəng mənasında türklərdə neologizm yaratmışdır.Çox vaxt onlar qurda “boz qurd” və ya qısaca “boz” demişdilər.Türk dillərində işlənən “bozalaşmaq”, “bozarmaq” da qurdun xüsusiyyətindən yaranan dövrün neoligizmləridir.
Türk mifologiyasında “qurd başlı insan”lar əsasən tayfa və qəbilə başçıları sayılırdı.Qurd başının üzərinə mucuğa bənzər qotazlar da bərkidilirdi.Qədim türk mifologiyasına görə türklərin nəsli “ata qurd” və “ana keyik”(sığır-maral) olmuşdur.Qurd başına bərkidilən muncuqvari qotazlar da keyiklərin boğazında olan təbii muncuğun əlaməti olmuşdur.Bu gün ənənəvi türk milli papaqlarında da bu rəmz yaşamaqdadır.(Görəsən türklər bunu bilirmi?)
Araşdırmadan məlum olur ki, qədim türklər papağa “börk” deməklərinin səbəbi tayfa başçılarının başlarına “qurd başı” geyməkləri səbəbindəndir.”Börk” sözü “böri” sözündən alınmadır.Bu gün Ağdam rayonunda olan “Bozpapaqlar” kənd toponimi də monqollardan qalmadır.”Şişpapaqlı” kəndinin adı da monqol arealının qohum toponimidir.
Rus dilində “börk” sözünün tərcüməsi monqol tatar yüryşlərində hərbiçi yanıçarların “qotazlı baş geyimi” kimi verilir.”Yanıçar” hərbi rütbə olaraq böyük rütbəli hərbiçilərin zabit köməkçisi vəzifəsi olmuşdur.”Yavər” rütbəsində.(farslara məxsus) Xalq deyimi olan “filankəsin yançısı” ” da bu sözdəndir. Əslində qədim türk hərbi geyimində bu baş geyimi “yanpörtü” qoyulmuşdur.Bu sözdəki “pört” sözü də “börk” sözündəndir.Bu baş geyiminin xüsusiyyəti bir çox ölkələrin həm mülkü, həm də hərbi baş geyimində sezilməkdədir.Mülkü baş geyimi kimi də rast gəlinir.Bu gün beynəlxalq söz kimi işlənən baş geyimi “beredka” qədim türklərin “börk” baş geyimi sözündəndir.Rus hərbiçilərinin, əsasən də desantların ( yəqin ki “sant” sözü Santa Klauzun qotazlı papağının adındandır) qoyduqları baş geyimidir. Rus hərbiçilərinin baş geyimi olan “пилотка” da “бередка” sözündəndir.Söz duyumu və mümkün hərf əvəzlənmələri-b-p; r-l; d-t.Dilçi alimlər bunu təsdiq edə bilərlər.
Türklərin papaq mənasında işlətdiyi “külah” sözü bəzi mənbələrdə fars sözü kimi təqdim olunur.Çətin olsa da bu sözə tərkibində olan fonemlərin iştirakı ilə baxdıqda sözün semantik mənası türkləşir.Biz ”külah” sözünü türk sözü olan “qulaq-kulak” kimi götürsək heç də yanılmarıq.Qurdun dik qulaqları ən qədim tanrıçılığın “iki buynuzu”nun rəmzi olmuşdur.Ruslar da “qulaqlı papağa” “qulaqlı” mənasında “ушанка” deyirlər.Bu, türklərin “boz qurd” simvolunu non verbal şəkildə əl barmağı ilə işarətində də sezilməkdədir.Baş geyimi sonradan ülgüsünü dəyişsə də öz əvvəlki adını saxlaya bilmişdir.300 illik Monqol-Tatar əsarəti rus dilinə təsirsiz ötüşməmişdir.”Külah” sözü türk dilindən rus dilinə tərcümədə”başında qotazı olan toxunma yanıçar papağı”, “колпак” kimi tərcümə olunur.Külah sözünün sinonimi kimi türk dilində “üskuf” sözü də vardır.Eyni tərcüməni verir.Papağın konus şəkilli olması “üskük”ə oxşarlığından verilən ada bənzəyir.Arxaik sözümüz olan “üskü” sözünə bənzəyir.”Üskük oyunu” da semantik cəhətdən “papağın(kolpağın) altında gizlədilən nəsnəni tapmaq oyununun formasıdır. ”Rus dilində bu söz həm də şahinin, çalağanın başına hörmə kimi taxılan “клобучок” kimi tərcümə olunur.Bu papaqlar konus şəkilli olub, təpə hissəsində qotazı olmuşdur.Bu günə gəlib çatmış türk milli baş geyiminin görünüşü kimi.Çox yəqin ki, monqol-tatar yürüşü rusiyada başa çatdıqdan sonra ruslar qisas zəminində təhqir kimi onların külahlarını (papaqlarını) zənbil, çanta kimi işlətmiş və bu səbəbdən də ruslarda “külah-кулек” kimi neologizm yaranmışdır.”Kulok” sözünü həmin mənada bizlər də işlədirik...
P.S.İstər türk istər türkköklü xalqların nə mifologiyasında, nə də folklorunda “böri” sözü ilə “börk” sözünün əlaqəsi haqqında heç bir məlumat verilməmişdir.Bu yazını mən özüməməxsus psixolinqvistik analiz nəticəsində yazdım və özüm də özümdən öyrəndim.Müqayisəli paralel təhlil də mənə yardım etdi.Bu səbəbdən də yazıma inandım.Sizlər də inansanız əla olar.Oxuduğunuz üçün təşəkkür edirəm."
Paralel.az