Bir yalanın anatomiyası və ya “DİDQORİ MİFİ” ...

Bir yalanın anatomiyası və ya “DİDQORİ MİFİ” ...
 

Biz qonşumuz gürcü xalqının qəhrəmanlıq tarixini danmaq fikrində deyilik.Son 200 ildə bu xalq qanlı Rusiya imperiyasına və onun havadarlıq etdiyi ermənilərə qarşı ayağa qalxmış, Cənubi Qafqazda 1918-ci ildə öz müstəqilliyini ilk elan etmiş,sovet rejiminə daha gec tabe olaraq qat-qat güclü olan Sovet Rusiyasına qarşı mübarizə aparmışdı.Bu xalqın ermənilər kimi uydurulmuş tarixə ehtiyacı yoxdur!

BİR YALANIN ANATOMİYASI VƏ YA “DİDQORİ MİFİ” ...
Yəhudi mənşəli Baqratlılar nəslindən olan IV Davidin bir tərəfdən eristavi (gürcü dilindən tərcümədə Ərlər Başı) adlandırılan iri feodallara, digər tərəfdən isə hakimiyyət uğrunda çəkişmələrdə getdikcə zəifləyən Səlcuqlulara qarşı mübarizə aparmaq üçün güclü və nizami bir orduya ehtiyacı vardı. Belə bir ordu qurmaq üçün o Aral dənizinin şimalından bütün Şimali Qafqaz və Qara dəniz sahillərinə qədər ərazilərdə hökmran olan, şaman olduqları üçün Səlcuqlu oğuzlarının “kafir” adlandırdıqları qıpçaqlarla əlaqə yaratdı. Bizansın 40 minlik qıpçaq ordusunun köməyi sayəsində 29 aprel 1091-ci ildə Konstantinopol qapılarına qədər gəlib çıxmış peçeneqləri darmadağın etməsi IV Davidin qıpçaqlara olan inamını daha da artırdı. IV David qıpçaq hökmdarı Sarı xanın oğlu Atraq xanın qızı Guranduxtla evləndi. 1118 – ci ildə 45 min qıpçaq döyüşçüsü öz ailələri ilə birlikdə Daryal keçidini aşaraq IV Davidin hakimiyyəti altında olan torpaqlarda yerləşdilər.

Qıpçaqlar, Cənubi Qafqaza gəlməmişdən əvvəl Orta Asiyada da oğuzlarla şiddətli müharibələr etmişdilər. Onların bu münaqişələri Səlcuqlular dövründə də davam etmiş və Böyük Səlcuq sultanı Alparslan bir neçə dəfə "kafir Kıfçak"lara qarşı səfərlər təşkil etmişdi. Xarəzmin şimalında Səlcuqlularla, daha sonra da Xarəzmşah Anuştəginlərlə qıpçaqlar arasındakı şiddətli müharibələr yüz ildən artıq davam etmiş və qıpçaq-oğuz düşmənçiliyi ənənəvi hala çevrilmişdi.

Qıpçaqlardan ibarət olan ordunun köməyilə IV David mülki türk-müsəlman əhalisinə qarşı hərbi əməliyyatlara başladı. 1120-ci ilin noyabrında Borçalıdakı Aşorniya və Sevgilimcə adlı yaşayış məskənlərində yaşayan müsəlman türklərə amansız divan tutuldu. “Sevgilimcədə türkmənlərə hücum edən çar onları elə qırdı ki öldürülənlər üçün ağı deyəcək adam da sağ qalmadı”. Gürcü mənbəyinin yazdığına görə “Türkmənlər (Cənubi Qafqazın müsəlman-türk əhalisi nəzərdə tutulur) , Gəncə,Tiflis və Dmanis tacirləri özlərini qara rəngə boyayaraq onlara tutulan bu divanın qarşısını almaq üçün sultana müraciət etdilər. Qrabar dilli mənbələr isə Borçalıdan gedən şikayətçilərin kömək üçün Sultan Mahmudun Aran,Naxçıvan və Araz çayına qədər olan ərazilərə vali təyin etdiyi 12 yaşlı Məlik Toğrulun yanına getdiklərini yazırlar.

Ərəb mənbələri isə Borçalı türklərinin kömək üçün xaçlılara qarşı apardığı qəhrəman mübarizəsilə İslam dünyasında şöhrət qazanmış 1115 – 1122 ci illərdə Mardin hakimi olmuş Artıkoğlu Nəcməddin İlqazinin yanına elçilər göndərdiyi qeyd olunur. Məlik Toğrul da Artıkoğlu Nəcməddin İlqazidən “gürcü səfəri üçün hazırlıq görmə”sini istədi. Xaçlılarla mübarizə üçün Hələbdən Mardinə qoşun toplamağa gəlmiş İlqazi, Məlik Toğruldan bu əmri alan kimi yaxın silahdaşı, xaçlılarla onunla çiyin-çiyinə vuruşmuş Bitlis hakimi Toğan Arslana Tiflis istiqamətində yürüşə başlamasını istəmişdi. Toğan Arslan Bitlisdən Ərzuruma, oradan da Ərcivan (Trialeti) yolu ilə Tiflis istiqamətində hərəkətə başladı. Məlik Toğrul isə atabəyi Gündoğdu ilə birlikdə Gəncədən Tiflis istiqamətində yürüşə başladı.

ÜMUMİ SAYI 30 MİNƏ ÇATAN MÜSƏLMAN ORDUSU TİFLİS ƏTRAFINDA BİRLƏŞMƏLİ İDİ. İLQAZİNİN TİFLİSƏ CƏMİ YARIMGÜNLÜK MƏSAFƏ QALANA QƏDƏR YAXINLAŞMASINA BAXMAYARAQ NƏ TOĞAN ARSLANIN, NƏ DA MƏLİK TOĞRULUN ORDULARI GƏLİB ÇIXMADI. (GÜRCÜ TARİXÇİLƏRİ İSƏ MÜSƏLMAN-TÜRK ORDUSUNUN SAYININ 100, 150, 400, 600 MİN, LAP ŞİTİNİ ÇIXARDAN AVROPA MƏNBƏLƏRİ İSƏ HƏTTA 800 MİN NƏFƏR OLDUQLARINI YAZIRLAR)
Bundan istifadə edən IV David 18 avqust 1121-ci ildə Didqori yaxınlığındakı dağlardan İlqazinin ordusuna qəfil hücum etdi (GÜRCÜ TARİXÇİLƏRİ IV DAVİDİN ORDUSUNUN SAYININ 56 MİN OLDUĞUNU YAZIRLAR; ERMƏNİ “TARİXÇİSİ” SMBAT SPARAPETYAN İSƏ “GÜRCÜ ORDUSUNUN” 40 MİN QIPÇAQDAN, 10 MİN ERMƏNİDƏN, 1800 ALANDAN, 500 FRANKDAN İBARƏT OLDUĞUNU QEYD EDİR və Sparapetyana inansaq o zaman belə çıxır ki bu döyüşdə ümumiyyətlə gürcülər iştirak etməmişlər).

IV David hücumdan əvvəl 200 nəfər qıpçağı guya təslim olmaları adı ilə İlqazinin ordusunun içərisinə göndərtmişdi. Bu qıpçaqları əsir zənn edən müsəlman türklər onların ordu qərargahına qədər yaxınlaşmasına mane olmamışdılar. Ordugaha soxulmuş qıpçaqların sərrast ox atışları ilə İlqazi ordusu içərisində çaxnaşma yaratdı.Başından ox yarası almış İlqazi döyüş meydanını tərk etməyə məcbur oldu. 4 minə qədər müsəlman-türk, qıpçaq-gürcü ordusu tərəfindən əsir tutuldu (ERMƏNİ “TARİXÇİSİ” SMBAT SPARAPETYAN İSƏ 400 MİN MÜSƏLMAN TÜRKÜN ÖLDÜRÜLDÜYÜNÜ, 50 MİN NƏFƏRİN İSƏ ƏSİR TUTULDUĞUNU YAZIR ).

Daha mötəbər mənbələr isə Didqoridə elə bir əhəmiyyətli döyüş olmadığını, müsəlman ordusunun dağ keçidlərindən keçərkən IV Davidin dağların başında pusqu quran döyüşçüləri tərəfindən qaya parçaları ilə həlak edilmələrini yazırlar. Bölgənin relyefi də Didqoridə ən azından 60 min hərbçinin nəinki döyüşməsinin, hətta düzülüşünün mümkün olmadığını SÜBUT EDİR! 

Paralel.az

0.015025854110718