Rusiya hava limanlarında ölkədən çıxmaq istəyən kişiləri dindirirlər

Rusiya hava limanlarında ölkədən çıxmaq istəyən kişiləri dindirirlər
 

Rusiyada ölkədən çıxışa nəzarət gizli şəkildə gücləndirilib.

"Paralel.az" xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik barədə fərmanından sonra kişilərin ölkədən kütləvi qaçışı başlayıb.

Bu səbəbdən də Moskva hava limanlarında səfər etmək istəyən kişi sərnişinlərin yoxlanmasına başlanılıb.

Gürcüstana uçan sərnişinlərdən birinin sözlərinə görə, pasport nəzarətində olan sərhədçilər gəncləri “dindirmə”yə aparır, hərbi biletlərini yoxlayırlar. İnsanın hara və niyə uçduğu, hətta biletlərin nə vaxt alındığı ilə də maraqlanırlar.

Lakin indiyədək həbs edilərək hərbi komissarlığa göndərilən olmayıb.

Müsahiblərdən biri bildirib ki, hərbi bileti olmayan bir şəxsi buraxmaq istəməyiblər, lakin o, çətinliklə də olsa, sonda uçmağı bacarıb.

 

0.02399206161499