İran təcrübəsi deyir ki...

İran təcrübəsi deyir ki...
 

Siracəddin Hacı:

"- Bu hadisələr sizə Allahın dində məcburiyyət yoxdur (2/256) ayəsini öyrətdimi? Şallaqla namaz, oruc, zəkat, həcc, baş örtüsü olmaz, olsa, münafiqlərin-ikiüzlülərin sayı çoxalar;
- Dində, elə siyasətdə inandırma deyil,məcburiyyət olsa, məcbur edən rejim, dövlət, camaat,şeyx, siyasi lider allahlıq iddiasına düşər, özünü dinin sahibi zənn edər, Allahın adından hökmlər verər, Onaiftira atar, insanları dinin düşməninə çevirər;
- Dində zorakılıq olsa, ağıla ehtiyac qalmaz, ağıl sıradan çıxsa, iradə ölər, iradə ölsə, seçim olmaz, seçim olmasa, iman anlamını itirər, dəyər əxlaq inşa etməz, gözəl davranışa, saleh əməllərə yol açmaz;
- Məcburiyyət nifrət yaradar, nifrət qəzəb ortaya çıxarar, öfkə atəşi bir ölkəni cəhənnəmə çevirər;
- Xürafələr insanın, əxlaqın, elmin, dinin düşmənidir, siz xurafələri öldürməsəniz, xurafələr sizi öldürəcək;
- Xurafələrlə, şirklə - ikisi də dinin xərçəng xəstəliyidir dinin əslini, mayasını, fitrətini pozmayın, Allahın ölçülərinə toxunmayın, toxunsanız, pozsanız, pozulacaqsınız, saxta din saxta insanlar yetişdirəcək, bu çürük insanlar başınıza bəla olacaq, ölkənizə fəlakət gətirəcək;
- Mayasına haram qatılmış qida bədəni, din də ağılı, ruhu, əxlaqı, vicdanı xəstə edər;
- Bir ölkədə əxlaq polisi varsa, o ölkədə din yoxdur;
- Məcburiyyət insanın əxlaqını pozar, gözəl əxlaqın əsası azadlıqdır, seçim haqqıdır, sağlam ağıldır, azad iradədir;
- Allah insanı ağıllı, iradəli, vicdanlı varlıq olaraq yaratmışdır, seçim də, seçdiyinin məsuliyyəti də insana aiddir;
- Bu gözəl ölçünü biz də xatırladaq: Dövlətin dini, imanı ədalətdir;"
 
Paralel.az
0.018887996673584