Əli Həsənov yaratdığı troll şəbəkəsini kim idarə edir?- Araşdırma

Əli Həsənov yaratdığı troll şəbəkəsini kim idarə edir?- Araşdırma
 

 Sabiq şöbə müdirinin trolları ölkəni qarışdırmaqla məşğuldur

Cənab Prezident son illər çox haqlı olaraq kadr islahatları aparmaqla, yüksək vəzifədə əyləşmiş xəyanətkar, rüşvətxor məmurları, onların yaxın qohum-əqrabasını dövlət vəzifələrindən qovur. Lakin vəzifədən qovulan narazı məmurların qurduqları şəbəkə üzvləri hakimiyyətin əleyhinə döşəməkdə davm edirlər. Vəzifədən alınmış məmurların ölkənin əleyhinə verdikləri göstərişləri yerinə yetirən şəbəkə üzvləri bütün dövlət orqanlarında:- Preident Administrasiyasında, Nazirlər Kabinetində, Güc Strukturlarında, nazirliklərdə, Komitələrdə və Dövlət Xidmətlərində - bütün dövlət orqanlarında geniş şəbəkə halında ağalarının göstərişlərini yerinə yetirirlər. Dövlət orqanlarında fəaliyyət göstərən xəyanətkar şəbəkə üzvlərinin qalıqlarının əlaqələri xeyli zəifləsə də, ölkənin vəzifə pillələrində nəzardən qaçan, gizlənən, lakin hələ də vəzifədən qovulmuş xəyanətkarlara xidmət edən xeyli troll şəbəkəsi üzvləri fəaliyyətini davam etdirirlər.

Əli Həsənov həbs oluna bilər... »

Azərbaycanda bu tip xəyanətkar və iqtisadi baxımdan zəngin şəxslərin birləşərək, hətta dövlət çevrilişi etməyə təşəbbüs göstərmələri barədə cəmiyyətdə yayılan, gəzən xəbərlər bu ünsürlərin mənfi fəaliyyətdə olduğunu əks etdirən əlamətdir. Fikir verin, görün, əhali xalqı ölkə hakimiyyətindən narazı salmağa çalışanların tərkibində kimlərin yer aldığı barədə danışır: - R. Mehdiyev, Ə. Həsənov (Bunların hər ikisi ölkənin media sturukturlarını indi də əllərində saxladıqları bildirilir), Z. Məmmədov, S. Müslümov, Səfər Mehdiyev və 40-dan çox işdən qovulmuş nazir, komitə sədri, onlara bağlı olan xeyli sayda orta və kiçik ranqlı məmurlar hələ də hakimiyyəti həm beynəlxalq aləmin, həm də ölkə əhalisinin dəstəyindən məhrum etməyə cəhd edirlər.

Bakupost.az - Əli Həsənovun qardaşı oğlu işdən çıxarıldı - Polkovnik həbs  olunacaq?

Ölkə prezidentinin vəzifədən uzaqlaşdırdığı, hakimiyyət, dövlət və xalq üçün ən təhlükəli qruplaşmanın başında Ə. Həsənovun durduğunu və başçılıq etdiyi “məmur-media” qruplaşmasının ölkə üçün çox böyük təhlükələr törətməyə qadir olduğu bildirilir. Ölkənin bütün informasiya resurslarını əhatə edən sistemi öz adamları hesabına vəzifədə olduğu 25 il ərzində formalaşdıran Ə. Həsənov troll şəbəkəsini ölkədə qoruyub saxlasa da, vəzifədən çıxarılandan sonra ailə üzvlərini xaricə daşıyıb. Ailə üzvlərinin Dubayda və Londonda olduğu deyilir.

Əli Həsənov və Vüqar Əliyev tandemi kimə xidmət edir? » GundemXeber  İnformasiya Portalı

Bu günlərdə Ə. Həsənovun oğlu Şamxal Həsənovun Londonda bir neçə şirkət qeydiyyatdan keçirməsi barədə ölkə mediasında yayılan məlumat deyilənlərin həqiqət olduğunu təsdiq edir. İctimaiyyət nümayəndələrinin verdikləri məlumata görə, Ə. Həsənovun FETO-nun maliyyə yardımı ilə bəslədiyi troll şəbəkəsinin çox geniş olduğunu və onlara verilən tapşırıqları maneəsiz yerinə yetirdikləri iddia olunur. Sabiq Prezident köməkçisinin təşkilatçılığı ilə ölkə yaradılmış 25 media təşkilatı hazırda da Ə. Həsənovun göstəriş və tapşırıqlarını yerinə yetirdikləri barədə xəbərlər gəlir.

 

Uzun müddət PA-da Ə. Həsənovun müavini vəzifəsində işləmiş, hazırda PA-da başqa bir şöbə müdirinin müavini vəzifəsində işləyən, illərdir sabiq şöbə müdiri Ə. Həsənovla, şahidlərin dediyinə görə, hətta evləri qonşu olan, istirahət günlərində metro ətrafındakı güzərgahda tez-tez Həsənovla görüşən vəzifəli şəxsin hazırda Ə. Həsənova tabe olan troll şəbəkəsini idarə etdiyini bütün ölkə cameəsinə və mediasına bəllidir. Lakin vəzifəli şəxsin Ə. Həsənovla əlaqə saxlamasının səbəbləri insanlara bəlli olmadığına görə, cəmiyyət bu əlaqədən çaş-baş düşür.
Araşdırmamız davam edir, bizi izləyin.

Akif Nəsirli

 

0.015095949172974