ABŞ Konqresinin spikeri Nensi Pelosi dünən İrəvana gəlıb - VİDEO

ABŞ Konqresinin spikeri Nensi Pelosi dünən İrəvana gəlıb - VİDEO
 

Amerikalı siyasətçi İrəvana iki günlük səfərə gəlib, o, ölkənin ali rəhbərliyi ilə danışıqlar aparacaq.

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvandakı Tsitsernakaberd memorial kompleksini ziyarət edib. ABŞ qanunverici orqanının rəhbəri Əbədi məşəl önünə gül dəstələri qoyub, Osmanlı İmperiyasında erməni soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tsitsernakaberd Erməni Soyqırımı Memorial Kompleksinə səfəri zamanı (18 sentyabr 2022-ci il).
Onu parlamentin spikeri Alen Simonyan, vitse-spiker Ruben Rubinyan, Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts və digər rəsmi şəxslər müşayiət ediblər.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Alen Simonyan Tsitsernakaberd Erməni Soyqırımı Memorial Kompleksinə səfəri zamanı (18 sentyabr 2022-ci il). 

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Erməni Soyqırımı Muzeyində də olub, təqdim olunan materiallarla tanış olub.

Pelosi İrəvana sentyabrın 17-də axşam gəlib. Siyasətçi Ermənistanın baş naziri, parlamentin sədri və digər yüksək rütbəli rəsmiləri ilə görüşlər keçirərək ikitərəfli münasibətləri və mövcud təhlükəsizlik vəziyyətini müzakirə edəcək.

"Paralel.az"

0.065406084060669