“Səyyar qəbul otağı” bu dəfə Sabirabad sakinlərinin ixtiyarına verildi - FOTO

“Səyyar qəbul otağı” bu dəfə Sabirabad sakinlərinin ixtiyarına verildi - FOTO
 

 

"Paralel.az" xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə təşkil etdiyi “Açıq mikrofon” aksiyası bu dəfə Sabirabad rayonunda keçirilib.
“Səyyar qəbul otağı”nda 18 müraciət səsləndirilib.

Qurumdan bildirilir ki, müraciətlərdən 9-u fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsi olub.Digər müraciətlər isə küçə qaz xətlərinin çəkilməsi və istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənməsi ilə mavi yanacağın təminatı prosesinin bərpasından ibarət olub.
Aksiyada səsləndirilən müraciətlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən qeydə alınaraq bəzilərinin yerindəcə baxılmasına dair tapşırıqlar verilib.

0.018680095672607