İki qurum yanında fəaliyyət göstərən İctimai Şuralar Başnazirə müraciət etdi

İki qurum yanında fəaliyyət göstərən İctimai Şuralar Başnazirə müraciət etdi
 

 

"Paralel.az" həmin müraciəti təqdim edir:

Azərbaycan Respublikasının Baş Naziri

cənab Əli Əsədova

surəti: Azərbaycan Respublikasının İqtisadiyyat Naziri

cənab Mikayıl Cabbarova

Məlum olduğu kimi Azərbaycan Respublikası regionlarının təbiiqazla təmin olunması üçün dövlət dəstəyi ilə genişmiqyaslıqazlaşdırılma işləri hayata keçirilmişdir. “Azəriqaz” İB-ninaçıqladığı statistik məlumatlara görə, 2009-2021-ci illərdəumumilikdə 1677 kənd qəsəbə yeni qazlaşdırılmış, bununnəticəsində ölkənin qazlaşdırılması səviyyəsi 96,3%-ə çatdırılmışdır. Qazlaşdırılma tədbirləri əhalinin sosial rifahınınyüksəldilməsi ilə yanaşı, ətraf mühitin mühafizəsiningücləndirilməsinə, meşələrin qırılmasının qarşısının alınmasınazəmin yaratmışdır. İşğaldan azad olunmuş ərazilər istisnaolmaqla, 01.01.2022-ci il tarixə ölkə ərazisində təbii qazla təminolunmayan 982 yaşayış məntəqəsi mövcuddur. Buməntəqələrdən 426 kənd meşəətrafı ərazilərdə yerləşir. “Azəriqaz” İB cari ildə 68 kəndi qazlaşdıracaqdır ki, onlardan25 məntəqə meşəətrafı ərazilərdə yerləşir. Meşəətrafı ərazilərdəyerləşən kəndlərin qazlaşdırılması ilə bağlı 2021-2022-ci illərdəAzərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər NazirliyiiləAzəriqaz” İB arasında rəhbərlik səviyyəsində həminqurumların yanında yaradılmış İctimai Şuraların iştirakı ilə işçigörüşlər təşkil edilmiş, qeyd olunan məsələ ilə bağlı təqdimatlarkeçirilmiş müzakirələr aparılmışdır.

Məlumat üçün nəzərinizə çatdırırıq ki, hər ilAzəriqazİstehsalat Birliyi müxtəlif ərazilərdə yerləşən yaşayışməntəqələrin, o cümlədən meşəətrafı kəndlərin daxili imkanlarhesabına mərhələli şəkildə qazlaşdırılmasını da nəzərdə tutankapital qoyuluşları proqramını tərtib edir, SOCAR tərəfindəntəsdiq olunduqdan sonra isə onun icrasına başlanılır. Bir çoxhallarda mənbədən uzaq məsafədə yerləşdiyindən qazxəttinin çətin relyef şəraitində çəkilməsi zərurəti yarandığındanmeşəətrafı məntəqələrin qazlaşdırılması yüksək maliyyətutumlulayihələrə çevrilir. Bunu da yalnızAzəriqaz” İB-nin vəsaitihesabına maliyyələşdirilməsi həmin layihələrin çox uzunmüddət ərzində (illərcə) reallaşmasına gətirib çıxara bilər. Ətrafmühitin qorunub saxlanılması, ekoloji şəraitin yaxşılaşdırılması, qızdırılma məqsədilə meşələrin qırılmasının qarşısının alınması, 982 yaşayış məntəqəsi üzrə 90.000 fərdi yaşayış evinin olması orta hesabla hər bir evdə 4 nəfərdən ibarət ailənin, ümumilikdə isə həmin ərazidə 360 000 əhalinin yaşamasını onların həyat tərzinin yaxşılaşdırılmasına xidmət edən zəruri, o cümlədən qaz təchizatı sahəsində kommunal xidmətlərin təqdimolunmasının prioritetliyini, eləcə reallaşdırılması üçün küllimiqdarda vəsaitin tələb olunduğunu nəzərə alaraq, bu layihənindövlət səviyyəsində maliyələşdirilməsi daha məqsədəuyğunhesab edilir.

Onu da bildirmək lazımdır ki, yuxarıda qeyd olunan 982 yaşayışməntəqəsindən 135 000 əhalisi olan 426 yaşayış məntəqəsi meşəətrafında yerləşir. Bunlardan texniki iqtisadi cəhətdənqazlaşdırılması səmərəli hesab edilən 235 məntəqə üzrə təqribən96 000 əhali yaşayır. “Azəriqaz” İB cari il ərazində əhalisitəqribən 11 000 minə bərabər 25 yaşayış məntəqəsini daxiliimkanları hesabına qazlaşdırmaq imkanına malikdir. Bu tempiəsas götürsək, 235 yaşayış məntəqəsi Birlik tərəfindən 9 il 6 ayaərzində qazlaşdırılaraq başa çatdırıla bilər ki, bu da qaz ölkəsiüçün kifayət qədər uzun müddətdir. Bununla belə, texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəsiz hesab olunan, əhalisitəqribən 39 000 təşkil edən 191 yaşayış məntəqəsi vardır.

  “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik istilik enerjisi, su qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planının 4.1.5-ci bəndinə görə texniki-iqtisadicəhətdən qazlaşdırılması səmərəsiz qiymətləndirilən yaşayışməntəqələri, o cümlədən meşəətrafı kəndlər alternativ enerjinövləri ilə təmin olunmalıdır.

Qeyd edək ki, Respublikamızın meşə fondu  sahəsi 1213,7 minhektar  olmaqla  ümumi  ərazinin  14%-ni,  meşə ilə  örtülüsahələr  isə 1046,76 min  hektardır ki, bu  da  ölkə ərazisinin12%-ni təşkil edir.  Ölkəmizdə adambaşına düşən meşə sahəsiqonşu Gürcüstan Respublikası ilə müqayisədə təxminən 3 dəfəazdır. Göründüyü kimi, regionun qonşu ölkələrilə müqayisədəAzərbaycan azmeşəli ölkədir meşələrin artırılması, mühafizəsi, o cümlədən meşə təsərrüfatından beynəlxalqtəcrübələr əsasında davamlı səmərəli istifadə edilməsiprioritetdir.

Meşəətrafı ərazilərdə odun tədarükünün ildən ilə çətinləşməsi, mümkünsüzləşməsi səbəbindən təbii qazın verilməsi tələbi iləəlaqədar vətəndaşlar tərəfindənAzəriqaz” İB yanında fəaliyyətgöstərən İctimai Şuraya daxil olan müraciətlərin sayı daartmaqdadır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, AzərbaycanRespublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi SOCAR “Azəriqaz” İB yanında fəaliyyət göstərən İctimai Şuralarınüzvləri olan vətəndaş cəmiyyəti insitutlarının nümayəndələriyuxarıda qeyd olunan yaşayış məntəqələrinin yaxın gələcəkdəhökumət səviyyəsində maliyyə vəsaiti ayrılmaqlaqazlaşdırılmasını məqsədəuyğun hesab edərək bu istiqamətdəköməklik göstərilməsini Sizdən xahiş edir. Əminik ki, bu tədbirvətəndaşlarımızın rifah halının yaxşılaşdırılması ilə yanaşı, ətrafmühitin mühafizəsinin gücləndirilməsinə, meşələrə mənfitəsirlərin azalmasına da ciddi töhvəsini verəcəkdir.

Hörmətlə,  

Azəriqazİstehsalat Birliyi yanında İctimai Şuranın sədri

Elçin Salmanov

Ekologiya Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranınsədri

Amin Məmmədov
                                                                                                             

 

0.027921915054321