Qarabağda sahibkarlar əsas vergilərdən azad olunacaq

Qarabağda sahibkarlar əsas vergilərdən azad olunacaq
 

 

Qalib Toğrul:

1 yanvar 2023-cü ildən- Qarabağda  sahibkarlar əsas vergilərdən azad olunacaq, hotellərdə qalanlar ƏDV-nin 30 faizini geri alacaq? 

    Azərbaycan Prezidenti 2021-ci ilin dekabrında 3037 №-li sərəncamla  işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması məqsədilə Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilmişdi. 

    Baş nazir də öz növbəsində Prezidentin Sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayaraq İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Ədliyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə konkret göstərişlər vermişdi.

 Artıq vergi güzəştləri ilə bağlı müvafiq dəyişikliklər hazırlanıb. Dəyişikliklərdə Vergi Məcəlləsinə yeni - XIX fəsilin (İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri) əlavə olunması təklif edilir. 

   Yeni fəsildə 2023-cü il yanvarın 1-dən etibarən işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin

1. 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunması;

2. 10 il müddətində dividend gəlirlərinin vergidən azad edilməsi;

3. işğaldan azad edilmiş ərazilərə, həmin ərazilərdən ölkənin digər regionlarına, habelə bu ərazilər daxilində  hava və dəmiryolu nəqliyyatı vasitəsilə sərnişin və yük daşımalarına görə ƏDV-nin sıfır (0) dərəcə ilə vergiyə cəlbi

NƏZƏRDƏ TUTULUR.

  BUNDAN ƏLAVƏ, fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 20 faizinin geri qaytarılması təklif olunur.

  DƏYİŞKİLİKLƏRDƏ aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə vergi təşviqlərinin verilməsi də nəzərdə tutulur. Beləki, siyahısı Nazirlər Kabineti tərəfindən  təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək məhsulların istehsalını həyata keçirən fərdi sahibkarların və hüquqi şəxslərin əldə etdiyi gəlirin (mənfəətin) 50 faizi - 2023-cü il yanvarın 1-dən 7 il müddətinə vergidən azad olunur. Bu fiziki və hüquqi şəxslər torpaq və əmlak vergisindən də azad olunurlar.

  İlin sonunadək işğaldan azad olunmuş əraizələrdə fəaliyyət göstərən sahibkarlara 

- xammal və materialların idxalı ilə bağlı gömrük güzəştlərinin verilməsi;

- kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərinin təqdim olunması

- maliyyə resurslarına çıxış imkanları genişləndirilməsi;

- yaşayış massivlərinin inşası ilə bağlı dövlət‒özəl sektor tərəfdaşlığınndan istifadə olunması

İSTİQAMƏTİNDƏ QANUNVERİCİLİK DƏYİŞİKLİKLƏRİNİN həyata keçirilməsi gözlənilir.

Paralel.az

0.030928134918213