Qədim oğuzların "ŞİL" sözünün izahı

Qədim oğuzların
 

 

Həsən Əliyev yazır:

"Dilimizdə işlənən qədim sözlərdən biri də “şil” sözüdür.”Şil” sözü bir çox hallarda fars dilində sinonimi olan “şikəst” sözü ilə birgə “şil-şikəst” kimi işlənilir.Adətən həm təsdiq, həm də sual formasında ifadə olunur.”Şikəst” sözü fars dilində “qırıq, “sınıq” sözündəndir.Hər iki dildə olan sözlər semantik cəhətdən eyni mənanı bildirir.Ənənəvi olaraq alimlər “şil” sözünün məna çalarını ali məktəb tələbələrinə, dissetantlara sual verirlər. Əslində bu yaxşı haldır.Çünki, bu söz arxaikləşməyə doğru gedir.Hər iki tərəf sözün etimologiyasını bilməsə də, qarşı tərəf əksər halda sözün semantikasını doğru izah edə bilir.

Ümumiyyətlə arxaikləşməyə məruz qalan sözlər bizim öz qədim türk sözlərimizdir.Sinonim kimi işələnən asan mənalı sözlər əski-türk  sözlərini  sıradan çıxarır.Bir misal göstərək.Qədim türklərin “Ərgənəkon” əfsanəsinin adının izahı ilk baxışdan dilimizdə qədim  termin kimi qarşılanır.Çox vaxt bu söz “yetişmiş gənc” kimi izah olunur.Biz əgər bir neçə yüz il bundan əvvəl yazılmış ədəbiyyatları mütaliə  etsək,  bu sözün “ərginmiş” şəklində  işləndiyini görərik.Mətndə ”ərinmiş yağ” mənasını bildirmişdir.Bu gün “ərinmiş yağ”ın antonimi kimi  “kərə yağ” sözünü işlədirik.Əslində “ərgin” və “kərə” sözləri ayrı-ayrı türk tayfalarının dilində eyni mənanı verən qədim “od” sözündən yaranmadır.Qədim türk məişəti (mətbəx) mədəniyyətinin nümunəsidir.”Xam yağ”ı odda əridilərək  qədim saxlanma üsuludur və bu günümüzə gəlib çatmışdır.Yəni “ərgənəkon” sözü oğuzca “ərinmiş dağ” mənasındadır.Qədim oğuzlar  dağa “qan” da deyiblər.Məhz “kurqan”, “qorqan” sözləri də bu qəbildəndir.”Kurqan”ın   dağabənzər görünüşü bu fikri praktik olaraq təsdiq edir.

Mövzunun adına qayıdaq.Bu gün bədii  dildə “şil” sözü “çolaq, şikəst, topal, əlil və s.sözlərlə əvəzlənərək işlənilir.Çox vaxt “şil(r)-şikəst”, “şülküt”, “kor-şil” kimi də  işlənilir.

Əslində “şil” sözü qədim oğuzların dilində “od” mənasını bildirən “çər” sözündəndir.Demək olarki ən qədim sözlər tanrı adlarından yaranmış “Ulu heca”ların vasitəsi ilə formalaşmışdır.Sual oluna bilər ki, burada tanrının adı niyə mənfi mənada işlənmişdir?Qədim sözlər əsasən tanrı semantikadan deyil, tanrının adından yaranan hazır hecalardan yaranmışdır.Məs: “ xar, qor, kor, boy, çər” və s.tanrı adlarından yaranmış sözlərə fikir verək: “xarab, ,korlanmış, boyat, çürük” və s.Yəqin ki, bu qədim sözlər insanların nitqində olan  məhdudsaylı hecaların  produktivləridir.

Dildə olan fonetik hadisələr tanrı adından yaranmış “çə+r(l)” hecasından da təsirsiz ötüşməmişdir.İndi dilimizdə olan “şil” sözünü əvəz edən sözlərin semantik mənalarına fikir verək.Məs:”çolaq, çər dəymiş, çərləmək, çor” və s.Əgər “şil” sözünün semantikasına diqqət versək, yuxarıda sadalanan sözlərin hamısı sinonimdirlər.Sözlərdə “ç”-“ş”; “r”-“l” və “a” saitinin saitlərlə əvəzlənməsi  fonetik hadisəsidir.Maraqlıdır ki, sözdə hər üç hərfin dəyişməsinə baxmayaraq, səslərin əvəzlənməsi qanununauyğunluğuna görə semantika dəyişilməmişdir.Dilimizdə “çər” sözündən elə yaranma  sözləri  vardır ki, bunu ancaq  semantikanın köməkliyi (söz duyumu) ilə izah etmək mümkündür.Məs: “Çəlik” sözü - “çolaq” sözündən alınmadır.Yəni insan qocalıb taqətdən düşəndə(təbii çolaqlıq) onun hərəkətinə köməkçi vasitə kimi olan “çəlik” sözü yaranmışdır.Ən qədim türk sözü olan “çoluk-çocuk” sözünün dərin semantik mənası var.Bu günə qədər bu sözün semantikası fonetik qaydada açılmamışdır.”Çoluq” sözünün semantik mənası, yəni qocalıb  taqətdən düşmüş, hərəkəti  “çəliklə” tənzimlənən “qoca”dan tutmuş cocuğa(körpəyə) qədər(uşaqdan ahıla qğdər) yaş həddi mənasında işlənmişdir. 

“Çör-çöp” də semantik cəhətdən “çər” sözünə uyğun gəlir.”Çör-çöp” sözü ilə yanaşı dilimizdə “qır-qırıq, qırıx-quruq” sözlərini də işlədirik.”Çör” burada “şil” mənasında “qırıq” mənasını tənzimləmişdir.”Çilik” sözü də “şil” sözündən olub, yəni “qırıqlanmış odun hissəsi” mənasına gəlir.

“Çər” sözü bəzən oğuz dillərində özünə məxsus “şər” sözü kimi işlənərək ərəb dilindən keçmə “şər” sözündən fərqli mənada “axşam” mənasında işlənir.Əslində “çıraq” sözü heç də fars mənşəli söz deyildir.Oğuzca “çər – od” sözündən olub “çıraq” sözünü yaratmışdır.”Şər” vaxtı yəni “çıraq yanan vaxt”dır.Burada da “ç” səsi “ş” səsi ilə əvəzlənmişdir.

Araşdırmalardan məlum olur ki, dilimizdə işlənən “şil” sözü türklərin od tanrısı olan “Çər Tanrısı”nın adından yaranmadır.Sadəcə olaraq “çər” sözündə yuxarıda qeyd olunan fonetik qanunauyğunluqdan söz “şil” şəklinə düşmüşdür. ”Çərşəmbə” sözü də qədim oğuz sözüdür.Qədim oğuzların “çər” və “şam” sözündəndir.Qədim türk  qorçularının   “şaman”ların adı  da “od tanrısının köməkçisi” mənasından yaranmadır.”Şam” ağacının gövdəsinin  rəngi od rəngində (soyuq yerlərdə daha çox qırmızımtıl olur) olduğundan “şam” adlandırılmışdır.Görkəmli dilçi alim Pr.Qəzənfər Kazımov “Azərbaycan Dilinin Tarixi” əsərində dəqiqliklə sübut etmişdir ki, sivilizasiyanın başlanğıcı “Ön Asiya” olmuşdur.İlk ibtidai tanrıçılığın da vətəni türklərin qədim diyarı Uzaq Şərq olmuşdur.Qədim buzlaşma dövründən sonra onlar Ön Asiyaya köç etmişlər.  Hətta dünya alimləri sübuta yetiriblər ki, dünyanın “Gün doğan” ölkəsi Yaponiya deyil, məhz Qədim Oğuzların vətəni olan Saxalin, vladivostok(yeni qoyulan addır) və Kamçatka diyarlarıdır.Hətta bu yaxınlarda Rusiyanın Vladivostok vilayətində keçirilən “Şərq İqtisadiyyatı Forumu”nda Rusiyanın Prezidenti Vladimir Putin də açıq şəkildə bu faktı söyləmişdir.Rus dilində “восток” sözü   “восход” sözü olub, “günəşin doğuşu” mənasını bildirir.”Восток” sözü də “məşriq-şərq” kimi tərcümə olunur.

P.S.Dilçi alimlər nə qədər bizim dilimizdə olan qədim sözləri fonetik qaydada öyrənsələr, bu zaman dilimizdə olan arxaikləşmənin qarşısı asanlıqla alınar.Yerlərdə başa düşülməyən yer adlarının dəyişilməsinə, dilimizdə anlaşılmayan sözlərin ərəb, fars, avropa mənşəli sözlərlə əvəz olunmasına  rəvac verən rəylər vermək əvəzinə,  həmin adları tədqiq edib, mənalarını ortaya çıxarmaq lazımdır.Dilimizdə olan arxaik və aktiv olan hər bir sözün mənası vardır.Keçən yüzilliyə qədər.”o” sözünün “ol” kimi işlənməsi hansı səbəbdəndir?...

Qədim Ulu Dil və Qədim Ulu Tanrını biri-birindən ayırmaq mümkün deyildir.Dilçiliyin həll olunmamış problemləri, onun sirləri Teolinqvistikanın “bətnindədir”..."

Paralel.az

0.022430181503296