Koroğlu qalası

Koroğlu qalası
 

 

 

Sima Cəfərova:

Gədəbəy rayonunun Qalakənd və Miskinli kəndləri araslnda sıldırım qayalığın zirvəsində yerləşir. Azərbaycanın xalq qəhrəmanı Koroğlunun adı ilə bağlı qalalara respublikamızın Şəmkir, Gədəbəy, Tovuz və s. rayonlarının ərazilərində rast gəlmək olar. Əsasən, XVII əsrdə inşa edilmiş Koroğlu qalalarının ümumi cəhəti onların hərbi-strateji baxımdan uca,  əlçatmaz yerlərdə tikilməsidir. Koroğlu qalaları özünəməxsus memarlıq xüsusiyyətlərinə də malikdir. Gədəbəy rayonunda sıldırım qaya üzərində ucalan möhtəşəm Koroğlu qalası strateji baxımdan alduqca əlverişli yerdədir. Qalanın qərb tərəfı sıldırım qayalıqdır. Qala divarlarının eni bir metrə yaxındır. Qalanın daxilində müxtəlif tikililərin xarabalıqlarına rast gəlmək olar.Müdafiə məqsədi ilə inşa olunan «Koroğlu» qalasının yeraltı gizli yolu və gizli su xətti də aşkar edilmişdir. Saxsı borularla haradansa çəkilən su qalanın içərisində inşa endilmiş anbara daxil olur, oradan isə yeraltı borular vasitəsilə axıb Miskinli kəndinin içindən keçən çaya tökülür.

Gədəbəy rayonu ərazisində Koroğlunun adı ilə bağlı zağa, dərə, qalaça, qaya və xalq arasında bunlarla bağlı müxtəlif əfsanələr mövcuddur.

Paralel.az

0.031681060791016