Rusların slavyan olmadığını sizə kim dedi!?

Rusların slavyan olmadığını sizə kim dedi!?
 

IX-Xll əsr ərəb səyyahları yazırlar: Xəzərlərin ölkəsində slavyanlar və uruslar vardır. Uruslar slavyanları əsir tutur və qul bazarında satırlar. Qədim Ön Asiyanın mixiyazılı kitabələrində ur-us hecaları ilə yazılan xalqın adını bəzi mətnşünaslar urus, bəziləri uruş, bəziləri uruz kimi oxuyurlar. 

Bu da onunla bağlıdır ki, mixiyazılı mətnlərdə s, z, ş  səsləri eyni işarələrlə göstərilir. Urus, uruş Türk dillərində vuruş, döyüş deməkdir. Vuruş slavyanları qul bazarında satan xalqın həyat tərzi idi. Dədəmiz Qorqudun kitabında o ad Uruz şəklindədir. Qazan xanın oğlunun və dayısının adı Uruzdur, Aruz deyildir. Uruz alpları iki yerə bölündülər. Bir hissəsi slavyanlar, bir hissəsi normanlar üzərində hökmran oldu. Atdan düşüb gəmilərə mindilər. 

Tərəkəmə xalqdan dəniz xalqına çevrildilər. Normanların dənizinə Balta dəniz adı verdilər. O, indiki Baltik dənizidir. Uruz normanlar Dnepr çayı ilə cənuba doğru üzərək Qızova şəhərini saldılar. Qızova indiki Kiyevdir. Kiyev slavyan şəhəri kimi salınmamışdır, Türk və Norman şəhəri kimi salınmışdır.Uruz slavyanlar Volqa çayı ilə Xəzər dınizinə gəldilər. 

943-cü ildə Bərdə şəhərini tutdular. Türkün tarixi azlığın çoxluq üzərində hakimiyyətinin tarixidir. Bəzən də faciənin tarixidir. Çünki çox zaman qalib azlıq məğlub çoxluğun içində əriyib itirdi. Bir xalq başqa bir xalqa, bir dil tamamilə başqa bir dilə çevrilirdi.  Feldmarşal Suvorov, general Kutuzov, admiral Uşakov xristian türklərdir. Onlar öz ocaqlarını söndürüb yad çırağını yandırdılar. Çiçək nəslinin generalları Peterburqda Sisakanov, Tiflisdə Sisyanov oldu. Sisyanovu Bakıda öldürdük. Ancaq balalarımızı rus məktəblərində oxuduruq. Gəlin düşünək: Bəs deyilmi Uruzu rus elədik?!

İlhami Cəfərsoy,

Tarixçi Alim.

Paralel.az

0.016244888305664