Qəlbimizdəsiniz...

Qəlbimizdəsiniz...
 

 

Millət vəkili Etibar Əliyev: 

Yeni tədris ilinin başlanmasına çox az vaxt qalır. Əvvəlki illərdə olduğu kimi yenə də  iki təhsil fədaisi gözümün önündə durur. Məlahət Mürşüdlü və Əlövsət Osmanlı.  Əsl təhsil biliciləri idilər. Onların hər ikisi bütövlükdə Azərbaycanda təhsilin nə vəziyyətdə olduğunu, necə reqressə uğradığını, millətin gələcəyi olan problemlərini və bu problemlərin nədən qaynaqlandığını çox düzgün təhlil edir, həyacan təbili vururdular.  Əlövsət Osmanlı bütün fəaliyyətini təhsilin yeniləşməsinə, təxirəsalınmaz iş kimi dərsliklərin məzmununa həsr etdi. Məlahət Mürşüdlü görkəmli təhsil eksperti olmaqla yanaşı, Bakı Türk Anadolu Liseyində Azərbaycan dili və Ədəbiyyatını tədris edirdi. Şagirdlərinin onu hədsiz dərəcədə sevdiyinin şahidi olmuşam, sanki onunla nəfəs alırdılar...

Əsl ziyalıların, söz sahiblərinin ömrü çox uzun olur, bioloji yaş qədər yox. 

Dəyərli dostlarımızın hər ikisinə Allahdan Rəhmət diləyirəm. Qəlbimizdəsiniz...

Paralel.az

0.028224945068359