Babil dünya xəritəsi – Şahlar Hacıyev
Şərq siçovulları.Bu adlara diqqət yetirin.
1.Genri Ostin Leyyerd
2.Armuz Rassam.
3.Genri Raulenson.
Britaniya muzeyində saxlanılan “Babil dünya xəritəsi”XlX əsrin axırlarında (1880-1882 ci illər) ,qədim Şumer şəhəri Sipara xarabalıqlarından “aşkar edilib”.
Heç kimə məlum deyil ki,Armuz Rassam qədim Sipara şəhərinin xarabalıqlarının yerini necə müəyyən edib , minlərlə mixi yazı ilə yazılmış gil lövhələri və üzərində” Arminiya” yazılmış Babil dünya xəritəsini necə “aşkar edib”
Onun da çarəsi “tapılıb”.
10ildən sonra Amerikanın Pensilvaniya Universitetinin arxeoloji ekspedisiyası ,Osmanlı İmperiyasının ərazisində Nipur şəhərini və 40 min gil lövhələr “aşkar “etdilər,lövhələrin birinin üstündə bu sözlər yazılmışdır.”Sipar qədim şumer şəhəridir”
Bu da sübut..
Həmin illərdə 100 minlərlə üzərində eposlar,sevgi nəğmələri, hərbi yürüşlər haqqında yazılmış gil lövhələr və yeganə üzərində “Armeniya “yazılmış,bəzi dağlar,coğrafi ərazilər qeyd edilmiş Babil dünya xəritəsi “aşkar”edilmişdir.
1848 ci ildə Londonda vəkillik sənətini atıb,tələsik Osmanlı ərazisinə arxeoloji qazıntı aparmağa gələn Genri Ostin Leyyerdin bəxti gətirmişdir
Az müddət ərzində iki qədim şəhəri – (Nineviya və Nemrud ) qalıqlarını,Aşşurbanipalın kitabxanasını,qanadlı öküz abidəsini aşkar etmişdir.
G.Leyyerdin bu qədim şəhərin yerini necə müəyyən etmişdir.?
Maraqlısı də odur ki, bu qazıntılarda Leyyerdə Armuz Rassam kömək etmişdir.
Yeni bir maraqlı təsadüf.
Bisütun qayaüstü rəsmləri aşkar edən G.Roulenson ,burada da “Armeniya”yazısına “rast gəlir”.
Bu yazıları aşkar edən zaman G. Roulensona fantastik kömək edən ,yaxın ərazidə qazıntı işləri aparan fransız Pol Emil Bata təsadüfən babil yazıları “aşkar edir”.Gil lövhələrin üzərində əşyaların,heyvanların şəkli və qabağında isə babilcə tərcüməsi göstərilir.Bu da G.Raulensona tərcümədə böyük “kömək edir”.
Amma Bisütun yazılarındakı elan və qədim fars dilində yazılmış yazıların necə oxunması məlum deyil.
Raulenson sonradan Nemrud dağlarındakı ekspedisiyalarında da köməkçisi Armuz Rassama olmuşdur.
Qazıntıları aparan həmin insanlar bir neçə ildən sonra ermənilərin Osmanlı imperiyasında necə zülm çəkdiyini dünyaya bildirməyə başladı.
Məqsəd aydındır - Yeni qədim xristian- erməni dövləti yaratmaq.
Tarixçi alim Şahlar Hacıyev
Paralel.az