Bu şəxs Bakı Baş Gömrük İdarəsinə rəhbər təyin olundu – tərcümeyi-halı

Bu şəxs Bakı Baş Gömrük İdarəsinə rəhbər təyin olundu – tərcümeyi-halı
 

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Komitə sədrinin I müavini İsmayıl Hüseynova həvalə edilib.

"Paralel.az"  xəbər verir ki, bu barədə DGK sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Dövlət Komitəsindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli işdən çıxarılıb.


Qeyd edək ki, 1974-cü ildə Naxçıvanda anadan olan Hüseynov İsmayıl Xəlil oğlu 2018-ci ildən Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini vəzifəsini icra edir. 2020-ci ildən gömrük xidməti general-leytenantı rütbəsi daşıyır.

Komitənin rəsmi saytında yer alan tərcümeyi-halında göstərilir ki, İsmayıl Hüseynov 1995-ci ildən, yəni 21 yaşından gömrük orqanlarında xidmətə başlayıb.

Daha sonra qeyd olunur ki, o 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsinə daxil olub və 1996-cı ildə həmin Universiteti bitirərək magistr dərəcəsi alıb.

Maraqlıdır ki, 1996-cı ildə Azərbaycanda ali təhsil müəssisələri məzunlarına magistr elmi dərəcəsi verməyib.
Azərbaycanda 1993-cü ildə ölkədə ikipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə başlanılıb. 1997-ci ildə ali təhsilin bakalavriat pilləsində ilk buraxılış olduqdan sonra Nazirlər Kabinetinin razılığı əsasında Təhsil Nazirliyinin əmri ilə ölkənin 23 dövlət, 9 özəl ali məktəbində ali təhsilin ikinci – magistratura pilləsinə keçilməsinə icazə verilib. 2005-ci ilə kimi magistraturaya qəbul ali məktəblər tərəfindən aparılıb. 2005-ci ildən etibarən magistraturaya tələbə qəbulu DİM (keçmiş TQDK) tərəfindən həyata keçirilir.

 
0.117427110672