Avtobusda gedişhaqları artır? - BNA-dan CAVAB
 

Avtobusda gedişhaqları artır? - BNA-dan CAVAB 
 

Paralel.az bildirir ki, M.Ağayev Pravda.az-a açıqlamasında deyib ki, müntəzəm sərnişindaşıma şirkətlərinin üzləşdiyi mövcud vəziyyətdən məlumatlıdırlar:

"Vəziyyətin bu formada davam etməsinin sərnişindaşımalarda xidmətin keyfiyyətinə mənfi təsirləri ola bilər. Sərnişindaşımalar gündəlik sosial həyatın vacib bir elementidir. Burada dayanıqlığın qorunması mütləqdir. Biz pandemiya zamanı bunun nə dərəcədə vacib olduğunu gördük.

Əgər o zaman dayanıqlı olmasaydı, xüsusilə də həyat əhəmiyyətli sahələrdə çalışan vətəndaşların ictimai nəqliyyata əlçatanlığında çətinliklər olacaqdı. Lakin vaxtında və düzgün iş nəticəsində bu, baş vermədi”.

M.Ağayev deyib ki, hazırda sərnişindaşımalarda mövcud problemlərin həlli də məhz düzgün və kompleks yanaşma tələb edir: “Burada söhbət müasir çağırışlara cavab verən yeni tənzimləmə mexanizimlərindən gedir.

Çünki mövcud tənzimləmə modeli bizə müəyyən mərhələdə sərnişindaşımalarda dayanıqlığın təmin olunmasına, xidmətin keyfiyyətinin artırılmasına imkan verirdisə, indiki halda xüsusilə də post-pandemiya dönəmində bu sahədə inkişaf imkanlarını məhdudlaşdırır.

Yeni modelin tətbiqi daşıyıcı şirkətlərin maliyyə dayanıqlığını təmin etməklə xidmət keyfiyyətinin artmasına və onların fəaliyyətinə daha səmərəli nəzarət mexanizimlərinin yaranmasına səbəb olacaq”.

Mətbuat katibi gedişhaqlarının artırılması ilə bağlı BNA tərəfindən Tarif Şurasına müraciət edilib-edilmədiyinə isə münasibət bildirməyib.

0.018953084945679