Binəqədi məhkəməsinin sədr əvəzi Abbas Rzayevin hakimliyinə etiraz edirlər

Binəqədi məhkəməsinin sədr əvəzi Abbas Rzayevin hakimliyinə etiraz edirlər
 

Binəqədi məhkəməsinin sədr əvəzi Abbas Rzayevin insanları aşağılamasının səbəbi nədir?

Buna görə, Binəqədi məhkəməsinin sədr əvəzi Abbas Rzayevdən yuxarılara şikayətlər gedir.

Həmin şikayətlərdə sədr əvəzi hakim Abbas Rzayevin apardığı məhkəmə prosesini məzhəkəyə çevirdiyi və insanları qorxudaraq onların üzərinə söz basqısı etdiyi bildirilir.

Mövcud Qanunda hakimlərin məhkəmə çəkişməsini qanununun tələbinə uyğun idarə etməsi, hakimin cavabdeh və ya iddiaçılardan birinin tərəfini tutmaması, ədalətli hökm çıxarılmasına xidmət edən əsas amillərdir.

Şikayətçilər məktubda Binəqədi rayon məhkəməsinin sədr əvəzi Abbas Rzayev haqqında ciddi narazılıq ifadə edirlər. Proses zamanı özünü hakimdən çox ittihamçı kimi aparan sədr əvəzinin hərəkətlərindən narazılıq edənlər hakimin yanlış davranışlarının normal mühakimə aparmağa imkan verməməsindən şikayət edirlər.

Binəqədi rayon məhkəməsinin sədr əvəzi Abbas Rzayevin məhkəmə prosesinin prosedur qaydalaranı kobud pozmasının səbəbini çoxları qudasının nazir və qardaşı Əbülfət Rzayevin isə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) rəis vəzifəsində olması ilə bağlayırlar.

Orta təhsillərinin Ordubad rayonunun Behrud kəndində alan Abbas və Əbülfət Rzayev qardaşları ölkənin hüquq - mühafizə sistemində böyük təsir gücünə malik olduqları deyilir.

Binəqədi məhkəməsinin sədr əvəzi A. Rzayevin peşə fəaliyyətinə işıq tutacaq bir sıra maraqlı sərgüzəştlərlə bağlı faktlarla növbəti yazıda tanış ola bilərsiniz.

Bizu izləyin.

Mirdaməd

Paralel.az

0.14456415176392