İşğalçı rus ordusunu Qarabağdan çıxaracaq altı addım


 

İşğalçı rus ordusunu Qarabağdan çıxaracaq altı addım 
 

 

Siracəddin Hacı:
Azərbaycan Ermənistanla birbaşa danışıqlar yolunu seçməli, barış sazişi imzalanmalıdır, bu addım atılsa, rus ordusunun Qarabağdakı
varlığının əsası qalmayacaq;

- Azərbaycan Qarabağ ermənilərinin haqlarını qoruyacağına təminat verməlidir;
- Azərbaycan Türkiyə ilə Ermənistanın münasibətlərinin nizamlanmasını istəməlidir, bu iki dövlət arasında əlaqə qurulsa, sərhəd açılsa, dəhliz məsələsi də ortadan qalxacaq, İstanbuldan İrəvana, oradan Bakıya gəlmək mümkün olacaq;
- Güney Qafqaz bir bütündür anlayışı qəbul olunmalıdır, biz birlikdə Rusiyanın köləliyindən qurtula bilərik;
- Azərbaycanda ədalətə, azadlığa, rifaha bağlı milli birlik təmin edilməlidir, zəngin, azad, insan haqlarını qoruyan, güclü Azərbaycan ermənilərlə birgə yaşayışın yolunu açacaq;
- Avropa İttifaqı ilə siyasi, iqtisadi, mədəni əlaqələr güclü əsaslara bağlanmalıdır; 

Paralel.az

 

0.016036987304688