Mətbuat Şurasına 20 ildir sədrlik edən Əflatun Amaşov YOLA SALINIR?

Mətbuat Şurasına 20 ildir sədrlik edən Əflatun Amaşov YOLA SALINIR?
 

"Mətbuat Şurasına sədr seçilməyin yolu qurultaydan keçir. İlk öncə qurultay keçirilməlidir”. 

"Paralel.az" xəbər verir ki, bu sözü Qaynarinfo-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşovun artıq istefa verdiyi və onu "525-ci" qəzetin baş redaktoru Rəşad Məcidin əvəz edəcəyi" barədə yayılan xəbərə münasibət bildirərkən deyib. 

Ə.Amaşov həmçinin bildirib ki, ilk növbədə qurultayın vaxtı dəqiqləşməlidir: "Quruma yeni İdarə Heyəti seçilməlidir. Ondan sonra Mətbuat Şurasına yeni sədr seçkisi keçiriləcək”.

Amaşov öz statusunda da bu məsələyə münasibət bildirib:

"Kimlərsə orda-burda deyib ki, mən Mətbuat Şurası sədrliyindən istefa ərizəsi yazmışam. Bunu mənim fikrimi öyrənmədən yazanlar da tapılıb. Bəri başdan bildirim ki, yazılanlar və deyilənlər şaiyədir. İstefa verməmişəm, istefa vermək fikrim də yoxdur. Hazırda işimin başındayam. 

Bəli, Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə əsasən 4 ildən bir Azərbaycan jurnalistlərinin qurultayı keçirilməlidir. Axırıncı ali məclis 2018-ci ildə baş tutub. Deməli, 2022-ci ildə də təşkil olunmalıdır.

Bununla bağlı qərarı, yəni qurultayın keçirilməsi üzrə Nizamnamə prosedurunun reallaşdırılması qərarını Şuranın İdarə Heyəti verməlidir. Qurultayda Şuranın İdarə Heyəti üzvlüyünə və sədrliyə yenidən namizədliyimi irəli sürüb-sürməmək qərarını isə mən verməliyəm. Tövsiyə edirəm ki, kimsə buna görə narahatlıq keçirib hadisələri qabaqlamaq niyyətinə düşməsin. Belə bir niyyətə düşmək ən azından etikasızlıqdır”.

Qeyd edək ki, Mətbuat Şurasının sədri Əflatun Amaşovun istefa ərizəsi yazdığı deyilir. Məlumatda qeyd edilir ki, Mətbuat Şurasının sədri vəzifəsini qurultaya qədərki dövrdə İdarə Heyətinin üzvü, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid icra edəcək. 

"Azərbaycan Mətbuat Şurasının (MŞ) növbəti qurultayı yaxınlaşır. Yaxın günlərdə İdarə Heyətinin toplantısı olacaq və qurultayın vaxtı müəyyənləşdiriləcək".

Bu barədə "Report"a açıqlamasında MŞ-nin İdarə Heyətinin üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, qurultayda sədr seçkisi də baş tutacaq: "Orada jurnalistlər kimi dəstəkləyərsə, həmin şəxs də MŞ-nin sədri olacaq".

Xatırladaq ki, Azərbaycan Mətbuat Şurasının (MŞ) sonuncu - VII qurultayı 2018-ci ildə keçirilib. MŞ-in sədri Əflatun Amaşovdur.

Qeyd edək ki, unikal.org saytı Əflatun Amaşovun MŞ-nin sədrliyindən gedəcəyi, onu Rəşad Məcidin əvəzləyəcəyi barədə məlumat yayıb.

"Report"

Redaksiyadan: Prezidentin sabiq köməkçisi Əli Həsənov vəzifədən qovulandan sonra hər kəs onun adamı, MŞ-də tapşırıqlarını yerinə yetirən, hətta Əli Həsənovun vasitəsiilə deputat mandatına sahiblənən Əflatun Amaşovun MŞ sədrliyindən istefa verəcəyini düşünürdü. Lakin Ə. Amaşov çox böyük səhv etdi və bu addımı atmadı. Əvəzində prezidentin vəzifəyə yeni təyin etdiyi kadrlarla münasibət qurmağa, onlara xidmət etməklə, MŞ sədri kreslosunda daha bur müddət əyləşməyə cəhd etdi...

Maraqlıdır, görəsən, hakimiyyətə xəyanət etdiyinə görə, vəzifədən qovulmuş Əli Həsənovun adamı olduğunu dana bilməyən Əflatun Amaşov bir dostunun vəzifədən qovulduğu, digər çiyin yoldaşı Vüqar Səfərlinin vəzifə cinayəti törətdiyinə görə, həbs olunandan sonra özünün MŞ sədri vəzifəsində qalmağa haqqı olub-olmaması barədə nə düşünür?...

 

0.037646055221558