Rus dilində təhsil almağa maraq niyə artır?

Rus dilində təhsil almağa maraq niyə artır?
 


Siracəddin Hacı:
Bu səbəbləri sıralamaq olar:
- Rus dilində təhsil almaq hakimiyyətin siyasətidir, o, Azərbaycanın Rusiyanın təsir məkanında qalmasını istəyir, bu hədəfin gerçəkləşməsi üçün hakimiyyətin siyasi anlayışını qəbul edən təbəqənin formalaşması zəruridir – təşviqin, təqdirin, yönləndirmənin səbəbi budur;
- Azərbaycan xalqı dərin siyasi, sosial, psixoloji, mədəni, dini böhran yaşayır, ağır vəziyyət onu ümidsizliyə sürükləyir, xalq Azərbaycanın müstəqilliyindən xeyir görmədi, o, Azərbaycanın gələcəyinə, inkişafına, gücünə, ana dilində təhsil almağın üstünlüyünə şübhə ilə yanaşır, övladlarını düşünür, çıxış yolu axtarır, boşluğu rus dilində təhsillə dolduracağını zənn edir;
- Azərbaycan xalqının siyasi, milli, dini, mədəni şüuru zəifdir, Rusiya ona dost kimi, inkişaf qapısı kimi tanıdılır;
- Azərbaycanın təhsili, elmi gücsüzdür, ciddi boşluqlar var, ana dilində keyfiyyətli təhsil, elm ehtiyacı təmin olunmayan insanlar başqa dilə yönəlirlər;
- Azərbaycanın siyasi, iqtisadi, milli, sosial, mədəni, dini, elmi, təhsil kimliyi formalaşmasa, boşluqlar doldurulmasa, qaçış, güvənsizlik, ümidsizlik davam edəcək – ac qarnını doyurmalıdır;
- Ana dilinə marağın – içdən bağlılığın tərbiyə olunması, ümid verilməsi şərtdir, bunun yolu da ana dilində elm, təhsil, dəyər, ortaya qoymaq, siyasi, milli kimliyi formalaşdırmaqdır;

Paralel.az

0.013511896133423