Allah Rəsulu buyurur: " Mömin bal arısına bənzəyir..."

Allah Rəsulu buyurur:
 


Siracəddin  Hacı:


- Bal arısı çalışqandır, hər gün ən azı altı km uçur, çiçəkdən çiçəyə qonur, şirə çəkir, onu bala çevirir –mömin də əməyi sevən, əlinin qabarı, alnının təri ilə ruzi qazanan insandır;

- Bal arısının balı şəfa qaynağıdır – möminin sözü, işi, anlayışı insanlara şəfa verər;

- Bal arısı təmiz şeylər yeyər, balına haram qarışdırmaz – mömin də ruzilərin halal və təmiz olanlarından yeyər, yedirdər, haramın insanın fitrətini pozduğunu, onu qudurtduğunu bilər;

- Bal arısı şirəsini çəkdiyi çiçəyi incitməz, qırmaz, bulaşdırmaz, ona təşəkkür üçün tozlarını başqa çiçəklərə yayar, çiçəyə borclu qalmaz – mömin də insana, təbiətə, əşyaya zərər verməz, Allahdan başqa kimsəyə möhtac olmaq istəməz, təmizliyin imanın bir parçası olduğuna inanar;

- QURANİ-KƏRİMİN 16-cı surəsinin adı NƏHLdir – BAL ARISI, bu surə məsuliyyətli olmağı öyrədir, buyurur ki, ey insan, Allahın, özünün, ailənin, insanların, təbiətin qarşısındakı məsuliyyətini qavra, insanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüdlə çağır, bal arısından öyrən, hər varlıq bir dərs kitabıdır, Allahın əmanətidir;
Paralel.az

0.037731885910034