ABŞ Minsk qrupunda niyə israr edir?

ABŞ Minsk qrupunda niyə israr edir?
 


Siracəddin Hacı:
- ABŞ-ın dövlət katibi Blinken böyük məsləhətçisinin – ABŞ-ın ATƏT-in Minsk Qrupundakı yeni sədrinin adını açıqladı – Flipp Riker;
- ABŞ Dövlət Departamentinin açıqlamasında bir məsələ ayrıca vurğulanıb: ABŞ deyir ki, Dağlıq Qarabağ konflikti var, həll olunmayıb, bu məsələ sülh yolu ilə nizamlanmalıdır, Azərbaycan və Ermənistan rəhbərlərinin birbaşa görüşməsi doğru yoldur. ABŞ-ın Ermənistandakı səfiri də təmsil etdiyi dövlətin mövqeyini açıqlayaraq bu ölçünü qoyur: Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək haqqı var;
- ABŞ-ın ATƏT-in Minsk Qrupunun fəaliyyətə başlamasında israr etməsinin səbəbləri bunlardır:

1) ABŞ-ın Güney Qafqaz siyasəti Ermənistan mərkəzlidir, o, tərəfsiz deyil, Ermənistanı müdafiə edir, bu da Azərbaycanı ABŞ-dan uzaqlaşdırır, Rusiyanın bölgədəki mövqeyini gücləndirir;

2) ABŞ Güney Qafqazda iştirak payını artırmağa çalışır;

3) ABŞ-ın Minsk Qrupundakı təmsilçisini məhz bu dönəmdə dəyişməsi yaxınlaşan seçki ilə bağlıdır, parlamentin önəmli hissəsi yenilənəcək, Bayden hakimiyyəti ermənilərin səsini almağa çalışır, Nensi Pelossinin, onun ardınca konqresmenlərin Tayvana səfərinin əsas səbəbi də seçki ilə bağlıdır;

4) ABŞ Paşinyan hökumətini özünə yaxın sayır, müttəfiqi hesab edir, hər vasitə ilə onun mövqeyini gücləndirməyə çalışır;

5) ATƏT-in Minsk Qrupunun fəaliyyətə başlaması Ermənistanın, erməni diasporunun əsas tələblərindən biridir, bu qurum fəaliyyətə başlasa, Qarabağın statusu ilə bağlı məsələ gündəmə gələcək, ermənilərin mövqeyi güclənəcək;

6) ATƏT-in Minsk qrupunun həmsədri olan 3 dövlət də Qarabağ ermənilərinə status istəyir, bu da Azərbaycanın işini çətinləşdirir;
- Azərbaycan nə etməlidir? Üç “yox”, üç “hə” deməlidir: Rusiyanın monopoliyasına, ATƏT-in Minsk Qrupuna, Qarabağa status verilməsinə “yox”, Ermənistanla birbaşa danışıqlara, Avropa İttifaqı ilə əlaqələrə, Qarabağ ermənilərinin hüquqlarının qorunmasına “hə”;

Paralel.az

0.028041124343872