Elmmetrik bazalarla müqayisə...

Elmmetrik bazalarla müqayisə...
 

Ped.ü.f.d. Vüsal Kərimli:

Dünyanın elm sahəsində maraq göstərdiyi sahələrdən biri də, elmi jurnallardır. Müxtəlif yanaşmalar olduğu kimi, müxtəlif elmmetrik elmi bazalardan hansının daha yaxşı və ya etibarsız olduğu bu gündə müzakirə mövzusudur. Bu da dünyanın bir çox alimlərinin elmi jurnalların kommersiyalaşması ilə bağlıdır. İnkişaf etmiş ölkələrin alimləri üçün ola bilsin ki, məqalə çapı üçün ödəniləcək məbləğ, onların orta aylıq əmək haqqlarına uyğundur və bu məbləğ çalışdıqları müəssisələr və ya elmi təşkilatlar tərəfindən ödənilir. Əksər hallarda, yüksək impakt faktorlu jurnallar o müəllimlərə məqalə çapı üçün müraciət edir, çap üçün hətta qanorar ödəyir. Gualberto Buela-Casal (2006) öz məqaləsində qeyd edir ki, "Beynəlmiləlliyi ölçmək və onun minimal hərfi mənasını tamamlamaq üçün elm adamları tərəfindən müxtəlif meyarlardan istifadə edilsə də, bu meyarların kifayət etmədiyini göstərir". Bu da bir həqiqətdir ki, bu, günümüzdə müxtəlif ölkə, universitet, sahər üzrə elmi jurnallar üzrə reytinqlərdə əsasən yüksək impakt faktorlu jurnallarda çap olumuş məqalə sayı, onlara verilmiş sitatlar (H-hirş indeksi) önəm kəsb edir,  
hətta
elmmetrik elmi bazalar arasında gizli mübarizə gedir. Ən vacib hesab edilən elmmetrik bazalara Springer, Scopus, Copernicus, Clarivate Analitisc (Web of Science) və s. nümunə göstərərək siyahını daha da uzada bilərik. Bu bazalar bizim üçün vacib hesab olunur. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) "dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləşdirmə sistemlərini (bazalari)" də asanlıqla görə bilərik. Adları qeyd edilən bazalara dəqiq elmləri daxil etməsək, digərlərində məqalə çapının qiyməti 800-3000 ABŞ dolları arasında dəyişir. Təbii ki, bunu ödəmək 300-500 ABŞ dolları arasında əmək haqqı alan tədqiqatçı, professor üçün çətinlik yaradır. Bəzi ödənişsiz jurnallar var kionlarda məqalə çap etdirmək illər alır. Bəs Azərbaycanda çap olunun elmi jurnalların neçəsi bu bazalarda var və ya vəziyyəti necədir?
Ö
lkəmizdə 184 elmi jurnal fəaliyyət göstərir. Onlardan 11-i beynəlxalq jurnal hesab edilir. ATM-lərin 90%-nin jurnalları beynəxalq tələbləri ödəmir. Sual oluna bilər ki niyə 30 ildə onlar bu işləri görə bilməyib?

Clarivate Analytics 2021-ci ilin hesabatına əsasən Azərbaycandan 11 jurnaldan 2 -si Q1, 2-si Q2, 1-i Q3, 5-IQ4 səviyyəsində qiymətləndirilirbu jurnalların icərisində cəmi 2 ATM var. Bunlar, Bakı Ali Neft Məktəbi və Azərbaycan Universitetidir Qonşu ölkələrdə bəs vəziyyət necədir? Türkiyədə bu jurnalların sayı 50, Rusiya Federasiyasında 50, Gürcüstanda 6, Qazaxstan Respublikasında bu say 7-dir. Bu ölkələrdə ATM-lərin payı yaxşıdır.

Digər baza olan SCimago-nun 2022-ci il hesabatına əsasən Azərbaycandan 8 elmi jurnal bazaya daxil ola bilib. Burada isə ATM-dən BDU, AU, BANM, AİU (UNEC), ADNSU, qalanları isə AMEA-nın müxtəlif İnstitutlarının elmi jurnallarıdır. Burada geriləmə var. Türkiyədə say artaraq 81, Rusiya Federasiyasında 149, Gürcüstanda rəqəm dəyişməyib, Qazaxstanda isə 2 dəfə artım müşahidə olunur. Göründüyü kimi qonşu ölkələrdə elmi juranlların sayı elmmetrik bazalarda artdığı halda, BİZDƏ AZALIB! Səbəbini isə araşdırmaq lazımdır.

Bəs bizim ATM-də vəziyyət necədir?


Dövlətə məxsus təlim-tədirs binal
arında heç bir icarə xərci ödəməyən Dövlət Universitetləri dövlətin vəsaitini hara və kimə xərcləyib? Bunu aidiyyəti qurumlar araşdırsa yaxşı olar. Heç bir dövlət universitetinin rəsmi səhifəsində elmlə əlaqəli Elmi qranta rast gəlinmir. Əgər sizlər bu işi görə bilmirsinizsə o zaman müəllimlərin, inzibatı işçilərin boğazından kəsilən vəsaitləri elmi ezamiyyələrə xərcləməyə mənəvi haqqınız varmı?

SS
Rİ dağıldıqdan sonra ATM-lərin Elmi Jurnallarının fəaliyyəti dəyişməyib. Hesab edirəm, buna sübüt kimi çap olunan elmi jurnalların impakt faktoruna baxmaq kifayət edər. Yenə məqalələri e-mail üzərindən qəbul edir, jurnalları "pdf- word" formatlarında yerləşdirir və əsası 50-120 AZN arasında vəsait tələb edir, az vəsait tələb edən bazalara/platformalara daxil olmur, jurnalın saytını tərtib etmir və s.
PDF-lə bağlı isə qeyd etmək istərdim ki
, 2013-cü illərdə Elsevier təşkilatı tədqiqatçılar arasında məqalələrin çap forması ilə bağlı sorğu keçirmişdi. Sorğuda iştirak edən 500 respondentdən 281-i məqalələrin HTML formada yerləşdirilmədiyini qeyd etmişdi. HTML formanın üstünlükləri nədir?
Məqalə ça
p olan kimi müəllifin müxtəlif bazalarda olan hesablarına dərhal gəlir, sitat vermək mümkünlüyü yaranır. (Springer, Scopus və s. jurnallar bazasına baxmaq kifayət edir)

Xeyli müddə
t öncə Elmi işlər üzrə professor prorektorların əksəriyyətinin heç bu bazalarda olmadığını və ya heç xəbəri olmadığını qeyd etmişdim. Belə prorektorların bu cür elmi jurnalı olması heç kimdə şübhə yaratmır.

Tövsiyələrim:
1. Elmi jurnalların elmmetrik bazaya hazırlıq işlərinə təcili başlamaları;
2. Jurnallarını Google Scholar,
ResearchGate, Academia, Scilit, CiteFactor, J-Gate, GrossRef, Open Access, ESJİ və s. baza və platformalarda qeydiyyatdan keçirmələri;
3. Məqalələrin hər birini HTML-də yerləşdirməklə onların Beynəlxalq Platformalarda görünməsinin təmini və istinadların
sayının artmasına nail olmaq;
4. Platformalarda tədqiqatçı, professor-müəllim heyətinin adlarının 3 dildə (Azərbaycan, İn
gilis və Rus) yazılmasını təmin etmək,
5. Platformalarda tədqiqatçı, professor-müəllim heyətinin adlarının yalnız bir üslubda yaz
ılmalarını təmin etmək. Məs: Alim öz məqalələrində hər dəfə adını, soyadını fərqli yazır. (E. Ehmedov, E.Ahmadov, E.Əhmədov, E.N.Ahmadov). Platformalar hələ bizim kimi ağıllı deyillər!
6. Google Scholarda olan boşluqlardan istifadə etməklə başqalarının məqaləsi ki
mi təqdim etməmələri. Bu tədqiqatçı alimə etik olaraq yaraşmır;
7. Milli kitabxananın tərkibində vahid platforma yaradılsın
və rankometrlər müəyyən edilsin. Rusiyanın e-library, Türkiyənin dergipark sistemlərindən nümunə kimi istifadə etmək olar.

ELMI MƏQALƏLƏRIN MALIYYƏLƏŞMƏSI HAQQINDA NÖVBƏTI YAZIDA.....

Paralel.az

0.01308798789978