Siracəddin Hacı yazır...Ərdoğan istədiklərini ala bildimi?

Siracəddin Hacı yazır...Ərdoğan istədiklərini ala bildimi?
 


Aldıqları da var, almadıqları da, iqtisadi məsələlərdə Putinlə razılaşdı, siyasi məsələlərdə fikir ayrılıqları davam edir;
- Putin Türkiyənin Suriyada təhlükəsizlik bölgəsi formalaşdırmaq planına dəstək vermədi. Bu nəticəni ortaq mətndəki cümlədən çıxarırıq. Sənəddə deyilir ki, Türkiyə və Rusiya Suriyada terrora qarşı birgə mübarizə aparacaqlar. Bu, çərçivəsi dəqiq cızılmış mövqe deyil, sənəddə yazılsa idi ki, Rusiya Türkiyənin Suriyadakı qayğılarını anlayır, Türkiyənin öz güvənliyini təmin etmək haqqı var. Bu cümlə dəstək anlamı daşıyardı. Yaxın günlərdə hərbi heyətlərin görüşü olsa, bu, tam olmasa da, müəyyən razılığın mümkünlüyünü göstərəcək. Putin Ərdoğana deyir ki, Bəşər Əsədlə razılaş, onunla birgə hərəkət et;
- Ərdoğan bu məsələdə niyə istədiyini ala bilmədi? Putin əvəzində daha çox şey istəyir, məsələn, deyir ki, məndən silah al, mənə silah sat. Bu məsələni bitmiş saymaq olmaz, son nöqtə qoyulmayıb, iş davam edəcək;
- Görüşdə Qarabağ məsələsi müzakirə olunsa da, sənəddə bu məsələ ilə bağlı ayrıca bənd yoxdur. Bunun iki səbəbi var: a) Rusiya Ermənistanı qıcıqlandırmaq istəmir, onu əldə tutmağa çalışır; b) Türkiyənin savaşdan sonra ölçüsü dəyişib, belə ki, savaş dönəmində Azərbaycanı birbaşa dəstəkləyirdi, indi isə Azərbaycanı siyasətinin mərkəzinə qoysa da, Ermənistanla da münasibət qurmağa çalışır;
- Putin Ərdoğanı ən yüksək səviyyədə qarşıladı, görüşdən öncə Təhlükəsizlik Şurasının özəl iclasını keçirdi, Putin Ərdoğanı ən gözəl biçimdə yola saldı, müzakirələrin qapısını açıq tutdu, ilk dəfə pilləkənlərdən endi, Ərdoğanın maşınının yanına gəldi, ona ən yaxın məsafədən əl etdi, getməsini gözlədi - ehtiyacı, qarşılıqlı ehtiyaclar böyükdür, Rusia ilə Türkiyənin yaxınlaşması davam edəcək, aradakı sıxıntıların həll olunmasının yolu açılacaq;

Paralel.az

0.11546301841736