Daha bir hərbçimiz Kəlbəcərdə MİNAYA DÜŞÜB ŞƏHİD OLDU

Daha bir hərbçimiz Kəlbəcərdə MİNAYA DÜŞÜB ŞƏHİD OLDU
 

Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.

"Paralel.az" xəbər verir ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

Allah rəhmət eləsin!

0.019398927688599