Azərbaycanda 2 sığorta agentliyi ləğv olunur

Azərbaycanda 2 sığorta agentliyi ləğv olunur
 

Azərbaycanda 2 sığorta agentliyi ləğv olunduğunu elan edib.

“Paralel.az ”ın məlumatına görə, bunlar “İnam Sığorta Agentliyi” və “Risk Sığorta Agentliyi” MMC-lərdir.

“İnam Sığorta Agentliyi” MMC-nin kreditorları iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, ev 57 ünvanına, “Risk Sığorta Agentliyi” MMC-nin kreditorları isə AZ1030 Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi, ev 8, mənzil 3 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “İnam Sığorta Agentliyi” MMC 31.05.2019-cu ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Xalıqov Fərid Pərvaz oğlu, nizamnamə kapitalı 10 manatdır.

“Risk Sığorta Agentliyi” MMC isə 31.05.2019-ci il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Fərəcov Fuad Yusif oğlu, nizamnamə kapitalı 10 manatdır.

 

0.014120817184448