Tanrı sizi heç zaman çətin imtahana çəkməsin!

Tanrı sizi heç zaman çətin imtahana çəkməsin!
 

Təbrik edirəm!

Hər tənəzzülün bir tərəqqisi, hər tərəqqinin öz tənəzzülü var...
Bəli, ötən əsrin 60-90-ci illəri Azərbaycan kino və teatr sənətinin tərəqqi dövrü olub. Həmin zaman kəsiyində onlarla böyük sənətkar yetişib. Əgər onların hər biri qapalı sovetlər ittifaqında deyil, hər hansı bir avropa və ya amerika ölkəsində yaşasaydılar, inanın ki, ən nüfuzlu mükafatlara layiq görülərdilər...

Belə aktyorlardan biri də, xalq artisti Ramiz Məlikdir. Bu gün Onun 79 yaşı tamam olur. Ömrünün müdrik çağlarını yaşayır. Heyif ki, ad gününü əvvəldən bilməmişəm, yoxsa Onun həyatı, yaradıcılığı haqqında dostlarımla bacardığım qədər söhbət etməyə səy göstərərdim. Necə deyərlər, inşəallah 80 illik yubileyində bu günahımı yumağa çalışaram...

Əziz Ramiz müəllim, sizi doğum gününüz münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı, ağrı-acısız günlər, gözəl əhval-ruhiyyə arzulayıram.
Çox yaşayın, firəvan yaşayın! Tanrı sizi heç zaman çətin imtahana çəkməsin!

Hörmətlə, Elman Eldaroğlu

Paralel.az

0.018025875091553