Cırtdanın "oyunları" davam edir...

Cırtdanın
 

Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli ötən ayın 12-də ABŞ-ın Miami şəhərində (Florida ştatı) SOLIS DEVELOPMENT LLC şirkətini təsis edib. Atlantik okeanı sahilində, Golden Beach kurortu zonasında yerləşən 2925 NE 190TH ST APT 106 AVENTURA, FL 33180 hüquqi ünvanında qeydiyyata alınan şirkət L22000309779  saylı lisenziya alıb.
Şamxal Həsənli "Xəzər TV"-nin rəhbəri olub, onun adı "Jurnalistlər binası" ilə bağlı məhkəmə işində də çəkilir. Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin məhkəmə iclasında “Portos” MMC-də baş mühasib işləmiş Kəmaləddin Abdullayev binanın inşası üçün köçürülən 600 min manat pulu təsisçinin nümayəndəsi Şamxal Həsənliyə verdiyini demişdi.

Məhkəmədə Əli Həsənovun oğlunun məhkəməyə şahid kimi dəvət olunması ilə bağlı vəsatət qaldırılsa da, vəsatət təmin edilməmişdi.
 Əli Həsənov dövlət qulluğundakı mövqeyindən istifadə edərək ailə üzvlərinin adına çoxsaylı şirkətlər açmışdı. O, vəzifəsindən azad edildikdən sonra oğlu ABŞ-a, qızı isə Birləşmiş Ərəb Əmirliklərinə mühacirət edib.

Paralel.az

0.022690057754517