Rövşən Kəbirli: Mən "qaşın" problemini demişdim

Rövşən Kəbirli: Mən
 

Gördüyünüz bu yer “Azərbaycan” nəşriyyatının yanındakı avtobus dayanacağıdır və bu zonada yalınız ödəmə aparatı burda var idi. Bir həftə əvvəl aparatın qəpik atılan yerinin bağlanmasını tənqid edən status paylaşmışdım. Cavabdeh qurumlarsa problemi həll etmək əvəzinə ayın avqustun 19-da gəlib aparatı kökündən qoparıb aparıblar. İlk görəndə bunun oğruların işi olduğunu düşündüm, amma Şərifzadə küçəsi boyu eyni “soyqırımı” görəndə bildim ki, “oğru” elə bu xidməti göstərənlərdir.
Bununla belə, düşündüm ki, yəqin aparatların yeni, daha müasirləri quraşdırılacaq. Amma üstündən 4 gün keçsə də, aparatdan səs-soraq yoxdur. Bura isə məlum olduğu kimi insanların ictimai nəqliyyatdan ən çox istifadə etdiyi ünvandır. İndi kartının balansında pul olmayan yüzlərlə vətəndaş utana-utana bir-birindən yardım istəmək zorundadır.

Bir daha üzümü gönüqalın, harınlamış məsul şəxslərə tutub deyirəm: Ay yabı mən dedim ki, qaşını düzəlt (qəpik yerin aç), demədim ki, VUR GÖZÜNÜ DƏ ÇIXARAT!
Bilirik əlinizin üstünə əl yoxdur, vicdandan kasadsınız, heç olmasa Allahdan qorxub onsuz da zülmlə yaşayan bu milləti əlavə qayğılarla yükləməyin də!
Məsələn mən sizin kimi şərəfsizlərin günahı üzündən gediş kartına pul yükləmək üçün məcburam gərək metrostansiyaya gedəm.

Paralel.az

0.012107849121094