Bayraqları yüksəldən bayrağa bağlı insan!

Bayraqları yüksəldən bayrağa bağlı insan!
 

 

Dosent İlham Əhmədov:

"Bayraqları Bayraq edən üstündəki qandır. Bayraqları yüksəklərə  ucaldan  dirəklər yox, o bayrağa bağlı  insandır.  O insanın fədakarlığı, qəhrəmanlığı,  istedadı, yaradıcılığı, nailiyyətləri, tarixdə iz qoyan kəşfləridir.  

Bayraqları yüksəklərə  ucaldan  Şuşa Fatehləri kimi, Mübariz İbrahimov kimi qəhrəmanlardır.  Amma bu siyahını uzatmaq çətindir. Çünki insanlarımızın inkişafına  zamanında  investisiya qoymadıq ki, onların  intellektləri  parlasın, bayrağımız elm, intellekt, innovasiya,  texnologiya  hesabına  yüksəlsin, alimlərimiz Nobel alsın. Pulları dirəklərə yox, insana, onun beyninə,  elminə, təhsilinə, texnoloğiyalara qoymaqla bayrağımız daha yüksəkliklərdə davamlı dalğalandıra bilərik. Heç bir külək, qasırğa, tufan, sunami onu yıxa  bilməz.  Yaxın tariximiz göstərdi ki,  Bayrağı Bayraqdarlar  qədər heç nə yüksəltməz, heç nə onu   yüksəklikdə dalğalandırmaz."

Paralel.az

0.014728784561157