Qlobal universitetlər  və orada bizim yerimiz

Qlobal universitetlər  və orada bizim yerimiz
 

 

 

Ped.ü.f.d. Vüsal Kərimli:

"Rəqəmsal Öyrənmə telefonunuzda öyrənmək demək deyil, “öyrənməni işçilərin olduğu yerə çatdırmaq” deməkdir. Bu, “öyrənmə növü” deyil, “öyrənmə yolu”dur" Josh Bersin. 

Yaxın gələcəkdə Global Online Universitetlər olacaq hansı ki o universitetlərin nə tədris binası olacaq nə də ki auditoriyaları! Almaniyanın Beynəlxalq Akkreditasiya təşkilatı olan FİBAA təşkilatı artıq Avropa Standartları və Bələdçisi (ESG) keyfiyyət tələblərinə uyğun Rəqəmsal Təhsildə Mükəmməllik "Excellence in Digital Education" sertifikatlaşdırmağa başlayıb. İlham Əhmədovun 2008-ci ildə qeyd etdiyi Distant Təhsil günümüzün reallığıdır və onun tətbiqi vacibdir anonsunu verəndə bizim bəzi "ağıllı" alim/məmurlar bunu pisləyirdi.  Səbəb kimi isə distant təhsildə keyfiyyətin aşağı olduğunu iddia edirdilər, guya ki, əyani təhsilimiz çox keyfiyyətlidir?  Keyfiyyətli işləyənlər elə  əyani təhsili də, distant təhsili də keyfiyyətli qura bilirlər.   Halbuki, Amerika və Avropada bu prosesə onilliklərdi ki tətbiq edilir və qazanılımş təcrübə əsasında davamlı olaraq sistemlərini inkişaf etdirir, lazımı komponentlərdən olan suni intelekti və s. təhsilin bu formasına inteqrasiya edilməsi yollarını araşdırır,  müəyyən məqamlarda tətbiqinə nail olublar. Buna missal olaraq Coursera, EdX və s. kimi nəhəng təhsil platformalarnı nümunə gətirmək olar. Ölkəmizdə də bu platformalarla əməkdaşlıq edən ATM-lər var və onların təqdim etdikləri fənn kreditlərini iddia edirlər. Digər problem isə İnkişaf etdim ölkələrin distant təhsil  verən  universitetlərinin məzunları  olan  Azərbaycan vətəndaşlarının diplomlarının  Elm və Təhsil Nazirliyinin   “Təhsildə Keyfiyyət Təminat Agentliyi”nin müvafiq bölməsi tərəfindən ekvalentliyin tanınmamasıdır, bu qərar  mövcud qanuna uyğun deyil. 

Burada haqlı sual ortaya çıxır əgər distant təhsildə keyfiyyət yox idisə COVİD-19 dönəmində təhsil forması qəbul olunmamalı idi. Buna “Sanitariya-epidemioloji  vəziyyətlə izah edilirdi. Elm və Təhsil Naziliyin   qeyd etdiyi kimi təhsilin bütün formalarında dərslər www.video.edu.az elektron portalında və rəsmi "Facebook” səhifəsində, "Youtube” “Zoom” və “Microsoft Teams” platformaları vasitələri ilə təşkil edildi. Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun  Bakı şəhəri, 10 sentyabr 2020-ci il № 332 “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə  qərarı ilə distant təhsilə keçid qanuniləşdi. Yəni bir qərarla təhsilin formasını dəyişmək bu qədər asan olmamalı idi. Əgər asan idisə o zaman pandemiyadan öncə tam təchizatlı, sistemləri suni intelektə inteqrasiya edilmiş Böyük Britaniya və Amerika distant təhsil verən universitetlərindən alınan diplomalara imtina cavabı verən qurum, pandemiya dönəmində hazırlıqsız, heç bir platforması olmayan, professor-müəllim və tələbə heyəti yeni platformaya hazırlıqsız, metodiki göstərişləri olmayan,  Yerli və Xarici universitetlərin də diplomlarının ekvalentliyliyi və tədrisin bu forması tanınmamalı idi.   02 mart 2020-10 sentyabr 2020-ci il dönəmində təhsil forması ilə bağlı rəsmi qərar yox idi. Buna nə deməli?  Mövcud Təhsil qanunun tələblərini nəzərə aldıqda pandemiya dönəmində bir kursdan digər kursa keçən, bir sinifdən digər sinifə keçən, diplom alan tələbələrin nətiçələri ləğv edilməli idi. 

Məsələnin digər tərəfi  olaraq biz nə etməliyik? Elm və Təhsil Naziri Emin Əmrullayev 04 may 2022-ci il APA müsahibəsində  “Distant təhsil formasının akkreditasiyadan keçirilməsi üzərində işlənilir” deyə qeyd etmişdi. İnkişaf etmiş ölkələrdə bu kimi önəmli qərarlarda müvafiq qurumlar elmi araşdırmaya əsaslanan layihələrə  qrantlar  verərək, cəmiyyətin tələblərini öyrənir,  layihə nəticəsində qərar qəbul edir, meyarlar müəyyən edir və tətbiq edirlər. Görünür bizdə belə bir təcrübə olmadığından yazılan qanunlar kağızlarda qalır.

Təklif:

1) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Rəqəmsallaşma Strategiyası, Müəllim-texniki heyət, Texniki dəstək; 

2) Azərbaycan Respublikasının Təhsil İnstitutu isə Didaktika üzərində; 

3) Təhsildə Keyfiyyət Təminatı Agentliyi distant təhsillə bağlı indidən Keyfiyyət Təminatı sisteminin meyarları 

üzərində işləməyə başlamasında fayda olduğunu düşünürəm.

Paralel.az

0.015691041946411