Afrikada mövsümün ən yaxşı futbolçusu adına 3 namizəd açıqlanıb

Afrikada mövsümün ən yaxşı futbolçusu adına 3 namizəd açıqlanıb
 

Afrika Futbol Konfederasiyası (CAF) 2021/22 mövsümünün ən yaxşı oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.

Paralel.az ın məlumatına görə, bu ada üç futbolçu - yay fasiləsində İngiltərə "Liverpul"unu Almaniya "Bavariya"sına dəyişən seneqallı hücumçu hücumçu Sadio Mane, mersisaydlıların misirli forvardı Məhəmməd Salah, həmçinin "Çelsi"nin və Seneqal yığmasının qapıçısı Eduar Mendi iddia edir.

Salah və Mane artıq üçüncü ildir seçimlərin son mərhələsinə vəsiqə qazanırlar. Misirli oyunçu mükafatı iki dəfə, seneqallı futbolçu isə bir dəfə qazanıb.

Qeyd edək ki, qalib iyulun 21-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək mərasimdə açıqlanacaq.

0.018222093582153