Cavid Qurbanovun yerlisi və kadrı Natəvan Bayramovanın ərizəsi alındı - ŞOK İDDİA
“Azərbaycan Dəmir Yolları” QSC-də daha bir şəxsin vəzifəsindən azad olunması gözlənilir.
"Paralel.az"-ın xəbərinə görə, məlumatda iddia olunur ki, QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramovaya işdən çıxması ilə bağlı ərizə yazmağı tələb olunub və ərizə artıq rəhbərliyin masası üzərindədir.
İddiaya görə, "Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Cavid Qurbanovun kadrı və yerlisi N.Bayramova yaxın zamanada tutduğu vəzifəni tərk edəcək. (32gun.az)